Öldürür gərçi, könül, həsrəti-pabus səni
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Öldürür gərçi, könül, həsrəti-pabus səni,Var ümidim ki, fələk etməyə məyus səni.
Zahidin etmə nəzər cameyi-pəşminəsinə,Könül, aldatmasın ol xirqeyi-salus səni.
Bu dili-şişəmisalında nədir rişteyi-can,Yeri vardır desələr şöleyi-fanus səni.
Ey fələk, gəl ki, bir əgri oturub düz danışaq,Əsəri-ahım edibdir belə mənkus səni?
Vəsldə göz yumuban arizi-yarə baxıram,Edərəm hicrə, könül, vəsldə pabus səni.
Görmədim bir dil açan yer dəri-dildar kimi,Ey səba, kim elədim hər yerə casus səni.
Макта — последний бейт с тахаллусом поэта. Bu qədər hicrdə əfsus çəkərsən Seyyid,Öldürür axırı, əfsus, bu əfsus səni!
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-oldurur-gerci-konul-hesreti-pabus-seni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şəhri-Şirvanın əcəb dilbəri-dilculəri var,Gülbədən, qönçədəhən, sadəvü məhruləri var,
Xoşa ol aşiqə kim məclisində yarı olaXoşa ol aşiqə kim məclisində yarı ola,Visali-yardə fərxəndə ruzigarı ola.
Can nə lazımdır, əgər mənzuri-canan olmasaCan nə lazımdır, əgər mənzuri-canan olmasa,Bəsdi cananın xəyalı, qəm degil, can olmasa.
Güzərin düşsə dəri-dilbərə, ey badi-səbaGüzərin düşsə dəri-dilbərə, ey badi-səba,Yetir ərzim o güli-əhmərə, ey badi-səba!