Ay bulud
Nə ağzına su almısan?Bir cavabsız sualmısan?Niyə belə qaralmısanHaçandı yasım, ay bulud?
Yaşım tükənibdi, yaş ver.Yerdə qalanını boş ver.Qara yaylığını borç verGözümə basım, ay bulud.
Ya bən qoşum, ya sən haxla,Sinəmi tərk et son ahla.Nolar, mən ölüm, sən ağlaMən qulaq asım, ay bulud.
Aldığını geri göndər.Mənə sonuç yeri göndər.Bir yağmur kəndiri göndərÖzümü asım, ay bulud.
Sənin də əvvəlin sumu?Haçan var etdin yoxumu?Bəlkə yuxumsan, yuxumuHaraya yozum, ay bulud.
Yenə qarşıdan qış gəlir.Payız əlləri boş gəlir.Sən oxu, mənə xoş gəlirYağmur duası, ay bulud.
Vətən Vətəndi, ha deyim...Bəndəyə, Allaha deyim...Qurbətdən daha nə deyim,Daha nə yazım, ay bulud?
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-ay-bulud
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bacım Gülyaz’a*Ay bacı, az belə Allaha yalvar
Ana torpağıQardaşlarım, o şən illər çıxdımı əldənNiyə sizə həsrət oldum, qardaş olmadım?!
Körpə hələ göydədirKörpə hələ beşikdə, körpə hələ qucaqdaKörpə hələ göydədir.
Var mı xəbəriYaranışı milyon il mi, bir il mi,Yerişindən yerin var mı xəbəri?
Стихи других поэтов · О природе
Kamil bağban bağ becərər, gül əkər,Sahibi var onun, üzə bilməzsən.
SənsənBaşına döndüyüm gül üzlü yarım,Bizim bu dağların maralı sənsən.
– Söylə, ey ildırım, nə üçün sənin– Söylə, ey ildırım, nə üçün səninOddan, alovdandır bütün bədənin?
Kürə yağış yağırdıGünəş batırdı Kürdə,Durmuşdum sahildə mən.