Səndə var olmaq üçün…
Yarpaq, sən də budaqdanSolub qürbətə düşdün.Yağış, sən də duluddanDolub qürbətə düşdün.Könül, ölən gününmü-Gəlib qürbətə düşdün?!
Buluda dönmək çünBuxarlanmaq gərəkmiş.Budağa dönmək üçünBaharlanmaq gərəkmiş.Vətənə dönmək üçünMəzarlanmaq gərəkmiş..
Damlalar buxarlanarYağış, qar olmaq üçün.Qönçələr baharlanarBəhər, bar olmaq üçün.Qucağını aç ,Vətən,Yox olub gələcəyəm,Səndə var olmaq üçün…
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-sende-var-olmaq-ucun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hərrac bazarında udur, uduzur,Haçandan canına hopub bu qüsur?
Bu adamBu adam Allahın bəlası imiş,Şeytanın balası imiş bu adam.
Sən kimi seçirsənNə oldu: yaxşını pisdən seçmədin?!Nə oldu: qızılı misdən seçmədin?!
Bu xalq çəpik çalmaq öyrənir hələGələcək oxucu, düşün bu vaxtı,Qışlada qışlamaz qoşun bu vaxtı.
Стихи других поэтов · О природе
Səhər-səhər ötən bülbül,Dinlə məni bir sən, bülbül.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
SəninAlçaqlı, ucalı dağlar,Xub əsir yellərin sənin.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.