Körpə hələ beşikdə, körpə hələ qucaqdaKörpə hələ göydədir.Hələ yol gəlir, hələ əli yerə çatmayıb,Ayaqları toprağa.Sonra gəlib çatacaq durmağa, oturmağa.Eləcə hələ uçur arzu qanadlarında...Dili Allahın dili; gülməyi, ağlamağı...Hələ göy adamıdır, bilmir yerin dilini.Göylə yer arasında ömrünün ilk iliniKeçirmədə.Bir az ehmallı olunİlk adımdan başlayır gələn uğuru yolun!Bir az ehmallı olun qanadları sınmasınYerə qovuşmağına sonra hayıfsınmasın...Gözü açıq olsa da hələ əli bağlıdır,Hələ dili bağlıdır.Necə olsa anadır ayağından yer çəkir.Bir az ehmallı olun, üzü öyrəşənəcən,Gözü öyrəşənəcən bu toprağa, bu yerə.Birdən gəldiyi kimi uçub gedər göylərə...Gözü yerdə açılsa, əli yerdə açılsa,Dili yerdə açılsa olacaq Yer adamı.Beləcə göydən yerə endiriblər Adəmi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов