Sürgün yeri
Nə zaman bahtımızaAy doğdu, gün yeridi.Daş daşdı, ayaq açdıO da bir gün yeridi.O zamandan, o vaxtdanDünya sürgün yeridir.Günah nədir, kim salıbBu ağır günə bizi?Nə zaman, kim göndəribYerə sürgünə bizi?Dünya sürgün yeridir;Torpağını sürməyə,Yükünü götürməyə,Köksünü ötürməyə,Ölməyə, öldürməyə.Sənin, mənim, bizlərinBağrı daşın, savaşınÜzü bərkin yeridir,Dünya- sürgün yeridir.Yenilik- köhnəlikdir,Ənənə –qayıdışdır.Sabah təzə gün deyilDünənə qayıdışdır.Ölüm ölmək deyil ki,Vətənə qayıdışdır..
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-surgun-yeri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə qədər üzmək olarilhamın məhəlli sularında,-
Ağacdələn, döy qapımıYolum hərdən-hərdən kəndimizə düşür. Orda anamdan ömürlü, məndən vəfalı evimiz hələ də tək-tənha savaşlardan geri dönməyən atamı gözləyir. Qapısı bağlı yetim,tənha evimiz. Bu dəfə payız çənində gəlmişdim ata yurduna. Həyətə çatar-çatmaz bir səs eşitdim, kimsə qapımızı döyürdü...Ayaq saxladım. Elə bil gəlişimi ayların, illərin şirinli-acılı xatirələri ilə qolboyun olan evimizə kimsə xəbər verirdi. Qapıya bir az da yaxınlaşdım, bir az da... Axı bu şərin şər vaxdı, payız çən-dumanında mənim gəldiyimdən kimsə xəbər tutmamışdı. Evimizdə isə taleyin gəzavü-qədərindən başqa kimsə yaşamırdı. Bəs elə isə kimsəsiz evin qapısını döyən kim idi? Ama bu səslər insan barmaqlarının səsinə bənzəmirdi, nəsə gaibanə bir səs idi. Payız sisi bir az da seyrəlmişdi...Sən demə qayğısız ağacdələn tənha evimizin əski, çürüməkdə olan qapısını dimdikləyirdi. O, kim idi? Bəlkə anamın ruhuydu,bəlkə atamın, bəlkə vaxdın, zamanın, ya bəlkə mənim arzularımın barmaqlarıydı ani gəlişimi yetim evimizə xabər verirdi.Ya bəlkə həqiqətən yem arayan ağacdələn idi, bilmədim. Gözümdə savaşlardan acı yadigar kimi dünya üzünə səpilən evlər canlandı, bir də təkcə ağacdələnlərin döydüyü qapılar...*Yol azıbsan bu payızın çənində
Vətən seçilməzDostu bu dünyada seçib taparlarDost-düşmən seçilər, Vətən seçilməz.
Hələ yaşamağa dəyər bir az daMeşə çığırları dönüb bir çaya,Torpaq yağışlardan bəhrələnibdir,