Döyüş illərində gəldik dünyaya,Arzuya,istəyə,eşqə tələbə!Kədər qoşulmuşdu həftəyə, aya,İllər arxasında uzaq qələbə.

Kədərdən deyildi hələ göz yaşım,Hələ bir yaşımın atası sağdı.Körpə uşaq kimi yatan yaddaşım,Yaylım atəşinə oyanacaqdı.

Bir xalqın əslidir, bir sözün kökü,Eşit, gör nə deyir şahid Qəbələ.Xalqımın çiynində tarixin yükü,Əvvəli döyüşdür, sonu qələbə.

Nəsimi Tanrını gəzmədi dində,Qanlı Günəş kimi doğdu Hələbə.Ömrünə az qalan əsrimizin dəƏvvəli döyüşdür, sonu qələbə.

Qəlbimiz açılıb gül qönçəsi tekİllərinn qışına, yayına düşüb.Döyüş illərində dünyaya gəlməkBizim nəsillərin payına düşüb.

De kimdən soruşum qəm ləpələnənUşaq gözlərimin dərdini kimdən?Küsümmü bələyi odla bələnənYaxın taleyimdən, yad taleyimdən?!

Gör necə deyişidi baxtın gərdişiHəyat sınağına oldum taləbə:O vaxtdan qarşıma çıxan hər işinƏvvəli döyüşdür, sonu gələbə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов