Bəlkə...
Qalıb həsrətinmi əli yaxandaİnsanlar içində de niyə təksən?!Taleyin göz açıb sənə baxandaMəni ürəyində görməyəcəksən.
Sıxacaq bu geniş dərə, dağ səni,Dinənmi günahkar, yoxsa susanmı?Hələ bir fikir də tutacaq səniGörən udmusanmı, uduzmusanmı?
Dilin çalışsa da qəmdən daşına,Ürəyin düşəcək sevincdən qaçaq.Bir şair xəyalı sənin başınaDaha dönməyəcək, dolanmayacaq.
Burada nə məhəbbət, burada nə nifrət,Gedən gedərgidir, qalan qalacaq.Bəlkə məndən sənə bir quru həsrət,Bəlkə səndən mənə yalan qalacaq....
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-belke
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Qurban ollam ala gözlü yara mən,Mən gedirəm, sən Allaha əmanət.
Gecəyarı Qahirənin küçələrindəBilsəydim ki, sən mənimlə barışacaqsan,Bilsəydim ki, sən mənimlə görüşəcəksən
İndiDedim: – Mən əbəsəm səni sevməsəm,Dedi: – Bir atam var, bir anam indi.
Bir gün məni lap boğurdu hicranBir gün məni lap boğurdu hicran,Hicran deyə bir səyahət etdim…