Mən sizə söz açım təzə nələrdən,Ürəyə toxunan simə toxunmur.Əllər əl götürüb təzənəlrədən,Köhnə mahnılar da daha oxunmur..

Doğma nəyimiz var yad hədəfində,Açanı mənə de saza sirr düşüb.Ya mənim, ya sənin, onun evində,Qara köynəyində saz əsir düşüb.

Yazılan bu yazı qara yazıdı,Düyülmüş dünyaya gəldiyi gündən;Sanki saz havası yaz havasıdıÇəkilib şəhərin, kəndin üstündən...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов