…Ömür uzanıb gedər;İlk uşaqlıq köynəyin kəfən olana qədər.Dərinə getmə!Səni dərin gedəsən!Dərinə getməkdi,Dünyanın gedilməyən yerinəgetməkdi, ölüm..Astarı üzə çevirməkdi.Çıxdığın yerə girməkdi,Yuxu görməkdi ölüm, yoxu görməkdi..Vətən vətən, qürbət qürbətdi…Biri o birindən bir azca sönük,biri o birindən bir azca parlaq..Ciyərin qürbətin ruhuyla dolu,gözündə buludlar bir himə bənddi.Bir bənddi ölüm.Nə deyə bilərsənBir bənddə..Ürəyin vətəndəBədənin qürbətdə...Qürbətin qərib yeri,bir edamlıq ip yeri...Qədərdi bu, qədərdi,bir göz yaşı qədərdiölüm..

..Torpağa su çökən kimi canına çökür ,Əl-ayağına dolaşır,Belini bükürZəhləni tökürXəbər verdiyi də yox,gələndə birdən gəlir.Gəncliyinin öldüyüYuxunun gəldiyi yerdən gəlirölüm…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке