Bu necə qısmət imişBu necə vədə gəldim.Bu dünya qürbət imişNeçin qürbətə gəldim?

Yerdə kim duyasıydıGöyün əlifbasını?Açıb oxuyasıydıAlnımdakı yazını?

Gəldinmi od, su, torpaq,Öldünmü ölüm-həsrət.Çölünə için uzaq,İçinə çölün həsrət.

Dözə bilirsənsə, döz,Dözənlər düz olacaq.Dünyanın əvvəli söz,Sonu da söz olacaq.

Bəlkə də göyün, yerinDərmanı dərtdən gələr.Haqdan gələn şairinSəsi qürbətdən gələr.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке