Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq,Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq.
Diyari-hicrdə seylabi-dərdü qəm hücumundan,Zəlilü zarü bimiqdarü xarü xaksar olmaq.
Eşitmək gündə yüz min sərzənişlər dustü düşməndən,Nəzərlərdən düşüb göz yaşı tək bietibar olmaq.
İraqdan yarını görcək əsib könlü, qaçıb rəngi,Qalıb surət kimi, dildən düşüb biixtiyar olmaq.
Yetib nagəh visalə, kamə yetmək çərxi-kəcrövdən,Dolanıb başına şayəsteyi-busü kənar olmaq.
Hücumi-şövqdən zülfü kimi öpmək yanağından,Gəhi dişlib ləbindən, gəh ləbi tək zəxmdar olmaq.
Vüfuri-şövqdən əzbəs qılıb bu növ çox işlər,Ədəb nagah olub qalib o işdən şərmsar olmaq.
Dönüb öz üzqəralıq üzrün etmək ol siyəhmudən,Günahın keçmək üçün ilticası səd həzar olmaq.
Макта — последний бейт с тахаллусом поэта. Yetib Seyyid kimi vəslə, genə əğyar zülmündənDüşüb dərdü-fəraqə vəslinə ümmidvar olmaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ne-xosdur-bir-zaman-bir-dilberin-esqinde-zar-olmaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
Töküb qanım, rəvan qeyb oldu ol sərvi-rəvan gözdənTöküb qanım, rəvan qeyb oldu ol sərvi-rəvan gözdən,Bu rövşəndir ki, qan tökcək olur mərdüm nihan gözdən.
Öylə sərkeşlik edir sərvi-qədi-rənasıÖylə sərkeşlik edir sərvi-qədi-rənasıKi, yetişməz bəni-üftadəyə istiğnası.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.