Ey sariban, qətarımızı kuyi-yarə çək,Rəhm et, bu dağidarləri laləzarə çək.

Ey badi-şürtə, lütfü mürüvvət zamanıdır,Bu bəhrdən səfinəmizi bir kənarə çək.

Ey naxuda, xudayə qəsəm, bu səfinəni,Yarım olan diyarı soruş, kuyi-yarə çək.

Ol Xızri-xət gedib Xəzərilər diyarına,Xızri-rəh ol, bizi dəxi sən ol diyarə çək.

Ey çərx, edib o mah ilə rövşən məqamımız,Beytüşşərəf həvaləsinə bir sitarə çək.

Əğyar ilə şərab içib ol sərvi-lalərüx,Az dağ tazədən bu dili-dağdarə çək.

Макта — последний бейт с тахаллусом поэта. Seyyid, qübari-məqdəmi ol sərvqamətin,Bir tutiyadı, dideyi-ümmidvarə çək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви