Sərvəri-muşan eşidib bu sözü,Tünd qızardı acığından gözü,Söylədi: – Siz səbr eləyin bir zaman,Mən edərəm cəm sipahi-giran;Cəm edərəm ləşkəri-cərrarımı,Təblü ələm, yavərü sərdarımı.Bir neçə gün siz mənə mehman olun,Töməçeşi-neməti-əlvan olun.Aşü plovdan götürün kamlər,Eyş qılın, nuş eləyin camlər;Bərreyi-büryanü şərabü kəbab,Nöqlü məzə, firniyü dolma, qutab.Onlara lakin yemək idi həram,Nalə edərlərdi fəğan sübhü şam.Dərd ilə bir həftə fəğan etdilər,Gözlərini əşk-fəşan etdilər.Oxudular fatihə əmvat üçün,Neçə qazan asdıla xeyrat üçün.Qoydu olar xonçaya həlvaləri,Paylamağa cövzü münəqqaləri.Gəldilə qəbr üstünə əfğan ilə,Başı açıq, dideyi-giryan ilə.Ağladılar bir neçə gün dərd ilə,Oxşadılar mürdələri fərd ilə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов