İlğım
Fəlakət yol gəlir hələ uzaqdan,İşini görmədə qəm xırda-xırda..Evin işıqları yanmır bayaqdan,Ağaclar saçını yolur bayırda...
Uzaq üfüqlərdə şimşəkdən bir izSirrini açmada səssiz bir səda...Bir şeylər canını sıxar səbəsizHardasa bir şeylər unudulmada...
Sən bəxtə inanıb yatdın...FələksəDəlinin əlinə hərdən daş verər.Deyirdin yandıran yoxdu. EləysəOrman yanğınları nədən baş verər?..
Haçandan inanıb yoxa var dedikUzaq sahibinin səsidi söz ki.Aşıq gördüyünü çağırar dedik,Nəyi göstərəcək görməsə güzgü...
Qaralan buludlar uçan buxarsa,Yağmağa yaxındı yağan qar demək.Dənizin üzündə işartı varsaBuludun ardında günəş var demək...
Sirri yox, kimin ki, hulqumu yoxdu,Nə qədər sirr yatır hulqum içində...Dönüb bax, gör nəyin ilğımı yoxdu,Dünya başdan-başa ilğım içində...
Səhra sərabında buxarlanar qumYağış ümidi var uzaqlardasa...Boşuna deyil ki görünən ilğım,İlğım var, deməli su var hardasa...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-ilgim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təbiət taledə oxşayıb bizəSabah nə gələcək başına bilmir.
Bəxtimə düşən günBacım Gülyaz’a*Ay bacı, az belə Allaha yalvar
Ana torpağıQardaşlarım, o şən illər çıxdımı əldənNiyə sizə həsrət oldum, qardaş olmadım?!
Körpə hələ göydədirKörpə hələ beşikdə, körpə hələ qucaqdaKörpə hələ göydədir.
Стихи других поэтов · О природе
Mən suya heyranam, torpağa heyran,bir tənək əkirsən, yüz qanad verir.
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.
İnanmırBir qəmli bülbüləm,Güllər inanmır.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.