Alnımdakı çapıq yeri…
Qəfil dəyən sapand daşıAlnımdakı çapıq yeri.Bir ağrının can yaddaşıBaxtımın qarışıq yeri...
Daşın başla nə işi varNiyə qara daş, ağ edib?Bilə-bilə daş baxtınıXoş baxtıma calaq edib...
Gəzib o daşı tapsaydımYa da o daşı atanı.Bəlkə düzəldə bilərdimBaşımdan keçən xatanı..
Hələ də alnımda qalırQədərin qalın yazısı.Alın yazıma calanıb,O daşın alın yazısı..
Ağlımdan keçən fikirdənÖzüm də heyrətə düşdüm:Daş yerində ağır olarMən niyə qürbətə düşdüm?
Axşamdan sabaha qədərFikirləş, başın əlində...Yeri-yurdu bilinməyənBaxtım, o daşın əlində...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-alnimdaki-capiq-yeri
Клавиши ← → для перехода, R — случайное стихотворение