Ümid yeri varmı görənSorağına qaçan yox.Məktub yazsan cavab verənZəng eləsən açan yox...

Bir şey gəlməz əllərindənHamı laldı, hamı kar.Yenə Bağdad ellərindənGeri dönməz durnalar...

Qərib bağı bar gətirməzSu yerinə axsa qan.Göyərçinlər söz götürməzXəbər verməz saxsağan.

Nə çoxalır, nə azalırHardan gəldi bu çənlər...Ürəyimə kölgə salırÜrəyindən keçənlər.

Nə o yandı, nə bu yandı,İtib çıxış yolu da.Göz yaşını buxarlandırÜmid qaldı buluda...

Adım dildən dilə düşdüSazım zildən bəmədi.Yelə bir söz söyləmişdimSənə bir şey demədi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов