Bir gün məni lap boğurdu hicran,Hicran deyə bir səyahət etdim…Yarəb!.. Nə yazıq olarmış insan,Boynum bükük ol məkanə getdim;Baxdım, onu görmədim o yerdə,Sordum deyən olmadı ki, nerdə?…Ey vah, o xəyal pərisi nolmuş?Ömrüm qəmü-həsrət ilə dolmuş…Röyamı, nədir bu gördüyüm, ah?!Xülyamı, nədir bu aləm, ey vah!?Artıq günəşin ziyası sönsün,Artıq bu diyar məzara dönsün!Əflakı ahım dumanı sarsın,Varlıq sürüşüb zavala varsın!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке