Bu gün-sabah al geyəcək təbiətin ilk baharı.
Yenə qönçə tutacaqdır könüllərin arzuları.
Yenə gəlin camalını açacaqdır bizim dağlar.
Bu ellərin sinəsindən gedəcəkdir odlu dağlar…
Ana yurdun hər yerindən kəsiləcək yad ayağı,
Açılacaq dərdlilərin bulud almış qaş-qabağı;
Yuvasından ayrılanlar tapacaqdır yuvasını,
"Oxxay!" deyib udacaqdır öz evinin havasını,
Yandıracaq öz əlilə yenə sönmüş çırağını,
İgidlər də boşaldacaq tüfənginin darağını…
Yenə həyat öz atını çəmənlərdə sürəcəkdir.
Yenə insan tay-tuşunu öz yanında görəcəkdir.
Uzaq deyil, bu gün-sabah görəcəyik o günləri,
Yenə qanad açacaqdır eşq adlanan gözəl pəri.
Yenə gənclik duyacaqdır məhəbbətin xoş dadını,
Analar da tapacaqdır itkin düşmüş övladını.
Üz-gözündən öpə-öpə öz bağrına basacaqdır;
Bu səhnəyə yerlər, göylər baxıb qulaq asacaqdır.
İlk baharda qalmayacaq son baharın xəzəlləri.
Yenə əlvan geyinəcək Ukraynanın gözəlləri.
Yaşıl bağlar tcllənəcək banduranın xoş səsindən,
Yarpaqlara səs düşəcək ana yurdun nəğməsindən.
Salxım-salxım olacaqdır ağ üzümü tənəklərin,
Yelinləri dolacaqdır yenə sağmal inəklərin.
Yetkin, sulu meyvələr də sallanacaq budağından,
Qoca bağban gün doğmamış çıxacaqdır otağından.
Səhralara səs salacaq ilxıların kişnəməsi,
Qulaqları oxşayacaq qoyun səsi, quzu səsi.
Yenə axar çaylar üstdə dəmir körpü qurulacaq,
Yenə sahil lampaları alışacaq çıraq-çıraq.
Qatarlar da şahin kimi şığıyaraq tunellərə,
Xeyir xəbər aparacaq bu ellərdən, o ellərə…
Dağlar, daşlar titrəyəcək zavodların nərəsindən,
Sonsuz çöllər oyanacaq maşınların gur səsindən.
Bu gün qızıl qan içindo rəngi solmuş hər biçənək
Sabah bahar günəşində sayrışacaq çiçək-çiçək.
Yad ayaqlar ləpiyilə tapdalanmış qara torpaq
Öz başını sərv kimi sabah göyə qaldıracaq.
Yenə Krım göylərinin parlayacaq ulduzları.
Yenə yaşıl donlu dağlar geyinəcək toy paltarı.
Qara dəniz güzgü kimi parlayacaq başdan-başa,
Ağ dalğalar sıçraşacaq sahilləri daşa-daşa.
Qara gözlü tatar qızı seyrəngaha çıxan zaman,
Qurtuluşun şərqiləri yayılacaq dodağından.
Yenə dəniz sahilinin gülər üzlü xoş səhəri
Loğman olub sağaldacaq dərman üçün gedənləri.
Düzüləcək qatar-qatar Qara dəniz gəmiləri,
Bir də Kuban çöllərinin ipək telli zəmiləri.
Dəniz kimi dalğa-dalğa yenə ləngər vuracaqdır,
Qoca kazak yabasilə min bir taya quracaqdır.
Yenə aşıb-daşacaqdır san buğda anbarımız,
Yenə bizə qalacaqdır öz yerimiz, öz varımız.
Yurdumuzda nə bir yetim, nə də bir ac qalacaqdır,
Düşmənimin nəsilləri bizə möhtac olacaqdır.
Bir cənnətə dönəcəkdir bu gün yanmış xərabələr,
İnsanlığın şöhrətidir əzəl başdan böyük hünər.
Bu gün, yanmış sarayların hisli-paslı divarları
Yenə dümağ suvanacaq — budur elin öz qəran!
Yenə böyük kaşanələr yüksələcək calal ilə,
İnsan oğlu! Zəhmətini öz yurduna halal elə.
Sən də tez ol, qoca memar, axıt yenə alın təri,
Qoy yenə də işıqlansın Yerusəlim məbədləri.
Gəl də onun hər naxşını öz əlinlə yenidən çək,
O gözəllik sənətinin çeşməsindən yenə içək…
O məbədin hər bir daşı min könülün sirdaşıdır,
Bizim bu "Qız qalası"nın bir ülviyyət qardaşıdır!

  -

İllər gəlib dolandıqca qərinələr keçəcəkdir.
Bütün aləm qurtuluşun şərbətindən içəcəkdir.
Min bir kitab bağlanacaq yeno ömrün calahna,
Ulduzlar da baş əyəcək insanlığın kamalına.
Yer üzündə nə xəyanət, nə də iblis qalacaqdır,
Bütün həyat istisini bir günəşdən alacaqdır.
Bütün varhq ruhlanacaq bir məbədin səcdəsindən,
Bütün qəlblər titrəyəcək bir kamanın xoş səsindən.
Bır ananın döşlərindən süd əməcək bütün bəşər,
Düşmən olub qalmayacaq tarix boyu xeyirlə şor.
Bir sevdanın məhəbbəti düşəcəkdir ürəklərə,
Bircə günəş nur səpəcək arzulara, diləklərə.
Bayrağım qaldıracaq azad könül, azad vicdan,
Vaxtsız ölüm ac gözünü çəkəcəkdir qapılardan.
Ağıl deyir qalmayacaq yer üzündə qandan əsər,
Hər könülə ilham kimi güləcəkdir gözəl səhər.
Güləcəkdir insan ömrü, onun tərlan xəyallan,
Bir də çovğun görməyəcək səadətin ilk baharı…
Bu nizələr, bu süngülər muzeylərdə pas tutacaq,
İnsan oğlu yaratdığı dəhşətləri unudacaq.
Qalmayacaq nə riyasət, nə paxıllıq, nə də bir kin,
İnsan əli pozmayacaq növrağını təbiətin…
Yenə günəş öz atını yəhərləyib asimanda
Toy xəbəri yayacaqdır gah o yanda, gah bu yanda.
İnsan qonaq gedəcəkdir ulduzlann məclisinə,
Dünya qulaq verəcəkdir kainatın ney səsinə.
Ulu Hürmüz öz taxtını bəzəyəcək şəfəqlərdən,
O, azadlıq pərisilə səsləşəcək ilk səhərdən.
Yer kürəsi başdan-başa al şəfəqə boyanacaq.
Dağlar, daşlar yuxusundan şirin-şirin oyanacaq.
Ulu Hürmüz Əhriməni öz əlilə boğacaqdır,
Hər könülün öz muradı, öz günəşi doğacaqdır.
O vaxt bütün qaranlıqlar əriyəcək başdan-başa,
Ömür abad olacaqdır, könül mülkü bir tamaşa.
Nə aynlıq qalacaqdır, nə intizar, nə göz yaşı,
Hər addımda könül dostu, hər baxımda can sirdaşı.
Tarix gəlib qovuşacaq ən müqəddəs bir niyyətə,
Biz indidən söz qoşuruq o ilahi şeriyyətə.
Hər dövranın bir hökmü var, hər zamanın bir qələmi
Xoyal deyil, röya deyil gələcəyin o alemi…
O aləmin bayrağını biz görürük al qırmızı,
Fərhad kimi külüng vuran insan oğlu, insan qızı
O aləmin sevgisilə cəbhələrdə sinə gərir,
Alovların qucağından gələcəyə yol göstorir.
Alqış Vətən torpağını candan oziz bilənlərə!
Alqış olsun həyat üçün döyüşlərdə ölənlərə!
Alqış sobri tükənməyən ağ birçəkli analara!
Vəton mülkü məhəbbətlə çıxacaqdır ilk bahara.
O baharın hər məclisi qurulacaq ürəklərdən,
Gəlin kimi tac qoyacaq öz başına çiçəklərdən.
Alqış bizim getdiyimiz bu dediyim gələcəyə!..
Bizim Odlar ölkəsi də mahnısını deyə-deyə
Öz şerinin nəfəsilə yaşayacaq o zamanda;
Dədə Qorqud dediyimiz min bir yaşlı bir ozan da,
Qoca vaxtı öz sazını sinəsinə basacaqdır.
Bütün xalqlar və tayfalar ona qulaq asacaqdır.
O açacaq dəniz kimi tükənməyən ağılını,
Söyləyəcək öz yurdunun qəhrəmanlıq nağılını.
O, məclisə can verəcək ayın, günün camalilə,
Azərbaycan torpağının dərya boyda kamalilə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе