Hanı o mah ilə mən işrət etdigim gecələr
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Hanı o mah ilə mən işrət etdigim gecələr,Tülui-sübhə kimi söhbət etdigim gecələr.
Gedəndə yar, durub naz ilə kənarındanAlıb ələ ətəgin, minnət etdigim gecələr.
Düşəndə xatirimə göglərə çıxar ahım,O mahparə ilə xəlvət etdigim gecələr.
Ayaq yalın, baş açıq, zəmzəmi-sirişk töküb,Təvafi-kuyi üçün niyyət etdigim gecələr.
Gəlib nihani dəri-yarə, üz qoyub xakə,Qübarın öpməgə ol cürət etdigim gecələr.
Düşərmi bir də ələ, ey xudayi-həyyü əhəd,O sərvqamət ilə ülfət etdigim gecələr.
Deyəndə yar mənə dərd, mən deyərdim can,Məzaqə təlx sözün şərbət etdigim gecələr.
Макта — последний бейт с тахаллусом поэта. Mükərrər eyləyib ol acı sözlərin, Seyyid,Özüm-özümə dönüb ləzzət etdigim gecələr.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-hani-o-mah-ile-men-isret-etdigim-geceler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey bəstə qılan çahi-zənəxdanə məni,Məğlul eləyən zülfi-pərişanə məni.
Meyxanə tərəf amandı, var, ey saqiMeyxanə tərəf amandı, var, ey saqi,Gör xümdə əgər şərab var, ey saqi!
Getdim, aradım Kəbeyi-ülyadə səniGetdim, aradım Kəbeyi-ülyadə səni,Zahid dedi: görmək olur üqbadə səni.
Bu Gəncədə bir gənci-nihanım qaldıBu Gəncədə bir gənci-nihanım qaldı,Bir simbədən, qönçədəhanım qaldı.
Стихи других поэтов · О любви
Yalvarma, keçən deyiləm, inanmırsan, inanma,Mən ki and içən deyiləm, inanmırsan, inanma.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Bəsdi yarPeymana mərd oldum, dəşt gərd oldum,Gör əhvalım, bir sor halım, Bəsdi yar.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.