Bəsdi yar
Peymana mərd oldum, dəşt gərd oldum,Gör əhvalım, bir sor halım, Bəsdi yar.Rüxsarən zərd oldum, əhli dərd oldum,Zaydı halım, həm xəyalım, Bəsdi yar.
Cismidə canımsan, ilqarda dursan,Sən can alanımsan, verrəm buyursan.Təlx lisanımsan, eyham vuransan,Bilsin cümlə qoy mahalım, Bəsdi yar.
Olmasan bivəfa, sürərsən səfa,Gələsən insafa, çəkməyəm cəfa,Sevən düşməz xofa, çekilər qafa,Etmə müşgül ilk vüsalım, Bəsdi yar.
Artırdın məlalım, həm qilü-qalım,Tərk edim mahalım, sərf edim malım.Ya ölüm, ya alım, yox desən, zalım,Aşkar oldu son sualım, Bəsdi yar.
Çeşmimin ziyası, Alıdı ası,Geydi qəm libası, ahdı nəvası.Qurdu firqət yası, agah mənası,İnanma ki, burda qalım, Bəsdi yar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-besdi-yar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Can bülbülü olmuş zəğəni-nəfsə giriftar,Daim qəfəsi-sinədə eylər ona azar.
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
Əliağa VahidəVahid! Eldə əziz şairimiz,Adı hər dildə əziz şairimiz!
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.