Bilin siz
Qohum-qardaş, dost-müsahib yanında,Günahkaram, günahkara bilin siz.Bülbül fəğan eylər öz gülşənində,Qızılgül həmdəmdi xara bilin siz.
Sinəm yara oldu dağı-düyündən,Könlüm ayrılmadı öz miskinindən.Kişi də dönərmi öz dediyindən?Sinəm oldu para-para bilin siz.
Aşıq Alı deyər sözün aşkara,Heç vaxt güvənmədim dövlətə-vara.Düz oldum dostluğa, əhdə, ilqara,Mənim bu dərdimə çara bilin siz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-bilin-siz
Клавиши ← → для перехода, R — случайное стихотворение