Sisli payız gecəsinə bənzəyir halımqədərə əl açıram yüz kərə gündə.Bir birinin ağzına tüpürüb hamıHər tərəfdən “yox” cavabları gəlirÜstüməYaşın altmışüçündə...Duvaqqappadı sisli payız gecəsiSəsindən asılıb anadil.Hardasa dəniz var deyirQaranlığı iynə kimidələn qağayıların səsiQarşı yamaclardaAğız-ağıza verib qurdlar ulaşır: U u u.Dərələrdə yatanlaraHəsəd aparır su!Bu gecədən səhərə ağ cıxsam deyir zənci,Sağ çıxsam deyir xəstə,Gözümə nur gəlsə deyir kor,Yoluma uğur gəlsə deyir dilənçi...Gözünü qırpmadan gedirDünyanın axırına su .Çıxa bilsə bu gecədənDərələr üzü sulu çıxacaq.Bu gecədən sabahaQəmbərqulu çıxacaq...

Aradabir dağıdırDumanı, sisi;Diri-diri torpağa bastırılanKüçüklərin zingiltisi.Fikrimdən çıxmırGözləri bomboş,Məməmləri dopdoluAla qancıq.İçimdə diz-dizə iki həpənd oturub-Bura mənim yerimdi,-o deyir sən çıx, bu deyir sən çıx...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов