Məni
Yadına düşərdim, düşərdim hərdənAmma saxlamazdın yadında məni.Adının üstünə neçə ad qonubSevib beyenmedi adın da məni.
Sən necə yol kəsib, zaman əylədin.Başımda saçımı duman eylədin.Bilmirəm heç nəyə güman eylədinYandırıb yaxmada odun da məni.
Dedim dərdin alım, dərdim almadın,Gözümlə odları gördüm, almadın.Verdim ürəyimi, verdim, almadın,-İndi alammazsan satın da məni.
Mən imdad dilədim sən yaxa çəkdin,Gah vara üz tutdun, gah yoxa çəkdin,Günahsız könlümü günaha çəkdin.Aldadıb bir şeytan qadında məni.
Əslimi soruşma, sevgidi əslim,Mən ona təsliməm, o mənə təslim.Ay payız baxışlım, bayatı gözlüm,Sıxma qaşlarıyın çatında meni.
Yerlərə sürüyür cismimi şəklər.Ruhumu göylərə çəkir mələklər.Bu dərdlə hayanda dəfn edəcəklər,Tanrının neçənci qatında məni?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yaranışı milyon il mi, bir il mi,Yerişindən yerin var mı xəbəri?
Gecə bir qara qönçə...Gecə bir qara qönçə,açar günəş gəlincə,
Sirli çevrelerDünyanı dolanıb geri dönendeBelke heç özü de bilmeyib neden
Göz yaşı qüllesiAmsterdam şehrinde deniz kıyısında “ Göz yaşı kulesi” yücelir.Böyle diyorlar ki, kocaları tufanlı dalgalara gögs geren kadınlarbu kulelerle çıkıp göz yaşı akıtıb dua ederlermiş.Aklıma İkinci Cihan savaşından sonraki köylerimiz geldi, cebhe yollarına gözleri baka kalan köylerimiz..*Denizde balıkcı gemileri var,
Стихи других поэтов
Aləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
Bizə həmsöhbət olan özgə kitab almaz ələО ты, что живешь вместе с нами, одежду отшельника сбрось,Если ты крепок, иди к любви, все иное ведет вкось.
اگر در مغز، اگر در پوست یارستبهرجایی که هست آن یار غارست
Bilməm kiOğlum AzərəGün gəlib ta son vədələr yetincə,