Bir dərdin peşində ölüb gedərdim.Bir dağın döşündə ölüb gedərdim.Yaşın on beşində ölüb gedərdimSəni gözləmişəm, bəlkə də səni.

Səni ümidimi kəsib tapmışam.Küsəyən bəxtimdən küsüb tapmışam.Şeir diyarından gezib tapmışamTapmışam bir ayrı ölkədə səni.

Örpəyin olmağa çən həsrət çəkər.Çiçəyin olmağa dən həsrət çəkər.Kölgəyə çəkilsən gün həsrət çəkər,Sevər gün də səni, kölgə də səni.

Yaş ötüb, arxamdan zaman sıxsa da,Acığa düşərim ,bu acıqsa da.Qoy çıxsın yolunda canım çıxsa daÜrəyim unutmaz hiç vədə səni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке