Quzeyə üz tutub: siyasət qarıGünəyə : garsıyıb hiylə rüzgarı.Şərqə yön çevirib: Xəzər su səpib,Qərbə: bacasının tüstüsü təpib.Sıxılmaq öyrənib bəlkə bələkdən,İpini bıraxmaz dərd bilərəkdən.Göylərə əl açıb: Tanrı uzaqdı.Yerlərə üz tutub: qısır topraqdı.Bir yana baxmaqdan baxıb dört yana,Baş alıp, başını vərib şeytana.İçinə üz tutsa bir gün, içinəBəlkə qovuşardı Tanrı gücünə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов