Gətir xəyalına ilk məhəbbəti,Qapılar bağlanıb, itib açarlar.Bir deyən olmayıb sevilmək nədir,Bağlı könülləri necə açarlar.

Ayaq səslərindən illər gileyli,Sonra cavanlığın ilk kitabları...Ne hələ sevirəm sözü deyilib,Nə də gözəllərin “yox”cavapları.

Sonra çox “sir”lərin yeri bilinər,Güllər də beləcə açar xəbərsiz.Ayların, illərin bağlı dilinəDüşər yavaş-yavaş açar xəbərsiz.

Diyərsən nə zaman, harda görüşək,Göyərən zəminin sabahı—kövşən.Yazın gəlişinə tələsən çiçək,Gecikib payıza qalan bənövşə.

Sonra yarıyarsan oğuldan, qızdan,Təzə ömürlərin baharı başlar.Otuzdan keçdimi, yaşın, otuzdanAyların, illərin təkrarı başlar...

Baxmaz talihinə, baxmaz yaşınaNə təklif gözlüyər, nə naz eyliyər;Yadın da əlini yığar başına,Ölüm, qanmazı da hassas eyliyər.

Bu məğrur insandan sonuncu cümlə:-Çəkil yollarımdan ağrı-acılar,Ölüm, hədələmə məni ölümlə,Ölərəm, sənin də sirrin açılar!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе