Sən indi hardasan, Məmməd İsmayıl
Bu sualı mənə ünvanlayan hörmətli oxucum Elisafa Azayevin dilindən
Üzünə pərdəmi çəkdin dünyanıYa elə çiyninə ağır yük düşüb?!Əvvəlki iş yerin, dinc yerin hanıYoxsa ünvanın da dəyişik düşüb,-Sən indi hardasan,Məmməd İsmayıl?!
Bir anda qəlbindən neçə hiss keçirÇoxuna düşmənmiş şerin görünür.Şeir gecələri şeirsiz keçirUca məqamlarda yerin görünür.
Hayanda sığındın özün-özünəİnanıb ilahi bir qüdrətə sən.Yaz idin payızdan düşək izinə,Su idin torpağa hopub gedəsən?
Arzular həvəslər gözə görünməz,Gör necə mənalar yatıb adında.Ruhu müqəddəslər gözə görünməzYerdəsən, ya göyün yeddi qatında,Sən indi hardasan, Məmməd İsmayıl?!
Heyif o yanılan zəndinə, heyifSən kimsən, əyrisən, düz oğlu düzsən?Hamıdan güclüsən, hamıdan zəif,Hamıdan yaxşısan, ya elə...pissən?
Çörəyin çıxardı alın tərindənQədərlər, qismətlər sənə bənzəyir...Ya elə axtarış lövhələrindənBozaran sifətlər sənə bənzəyir?
Züy tutan göllərə daş atan haqlıBəsdi qurbağalar elədi qur-qur.Bu açıq ekranlar üzünə bağlı,Efirlər adını çəkməyə qorxur.
Çıxaran çıxarıb özünü yaddanAdının üstündən bir xətt çəkəcək.Ata bilməsə də sözünü yaddanOxucu üzünə həsrət çəkəcək...
Qürbətdən qismətə baxma key kiimiYa özün yatmısan, ya bəxtin yatıb.Ya xəstə cəmiyyət artıq şey kimiSəni varlığından kənara atıb?!
Qəlbindən keçəni Tanrı bilirsəDilə gətirməyin lüzumu yoxdu.Yaxşın da yamana dönür nə sirsəQoy baxaq əlinin duzumu yoxdu?
Gözə görünənin gözünü deşməkOcağın gözünü deşmək deyil ki?!Birdə ki, hamının dilinə düşməkHamının könlünə düşmək deyil ki?!
Yada doğma deyir...Doğma yad imiş,Mərdi qova-qova...qovur bu kütlə.Sən demə xəstəlik istedad imişÖzündən xəstəni sevir bu kütlə..
Bu Vətən qalacaq çoxmu bu gündəÇuvalda paslandı bu nizə axı?!Sabun köpükləri suyun üzündəYer altı irmaqlar dənizə axır.
Qəfil gətirdiyi nəydi çənlərinÇisəyi çilədi, yağışı yağdı.Onsuz da çarmıxa çəkilənlərin,Çarmıxdan tarixə düşməsi haxdı..
...Qəlbinə yaxın düş, gendən soruşmaDünya niyə düşüb gözündən soruş.Harda itib-batıb yeri hardadır?Mən guru şəkiləm, məndən soruşma,Gedib özünü tap, özündən soruşSoruş üç Məmməddən biri hardadır,Sən indi hardasan Məmməd İsmayı?
Bu tarix, şeytanın qara tarixiKim alsın bu qəlbi qaradan bizi?!Bu tarix, bu tarix,-ara tarixiKim çəkib çıxarsın aradan bizi?!
Qazanlar qaynayır qapağın altda...İgidlər çürüyür papağın altda,Hayanda biz səni axtarıb gəzəkMəğər yer qəhətdi Allahın altda,-Sən indi hardasan Məmməd İsmayı?
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-sen-indi-hardasan-memmed-ismayil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Feyzi-əşkin talibi çeşmin bükadan saxlamaz,Lülüi-saf istəyən bəhrin sədəfdən saxlamaz
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,