Gəldin yer üzünə vaxt darlığındaDalğalar cismini vurdu sahilə.Bağ vardı ananla sənin arandaAnanla, yəni ki, o dünya ilə.

O bağı kim kəsdi, harda, cavab ver,O itki ilk axan göz yaşın oldu.Dünya göbəyinin kəsildiyi yerVətən göbəkkəsmə qardaşın oldu.

Qarşıda gözləri yol çəkən ad-san,Neçə çəkiləsi dağ var dünyada.Demə ki ipini qoparan atsan,Bir gözə görünməz bağ var dünyada.

Ilahi, bu bağın nəymiş nəsibi,Yollarda gah ölü, gah diri olur.Dar ağaclarına ya edam ipi,Ya da ki, intihar kəndiri olur.

Yol açır beynindən fikir geriyə,Çəkən çəkdiyini çəkibdi, çəkir.Vətən həsrətimi çəkir geriyə,Yoxsa, o dünyadan o ipdi çəkir?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов