Xan əsgər...
Bu Vətənın nəyi var azı-çoxu döyüşər,Dağı, daşı, torpağı, varı, yoxu döyüşər.Neçə şəhid iğidin nakam ruhu döyüşər,Bir əskərə çevrilər burda hər məzar daşı,Yetərki ayağa qalx, sən başla bu savaşı.
Ocağının başına çıxmağa yad gözləmə,Dur, ayaqdan başa çıx, başdan imdad gözləmə.
Andın vətənin andı başqa bir and gözləmə,-Adın vətən adıyla çəkilərsə yanaşı,Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.
Bu insan dənizində hər insan bir adacıq,Doğmaca yurdumuzu viran qoydu yad acıq.Haqdı səni səsləyən haqq üçün cihada çıx,Yürü, iğid səfinin nə arxası, nə başı,Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.
Beşcə kəlmə sözüm var dayan ey cavan əsgər,Yoluna uğur deyim, Xan Eyvazım , xan əsgər.Boyuna göz dikmişəm, boyuna qurban əsgərBu hücumun sonunda ölüm var uzaq başı,Bu vuruş haq vuruşu, bu savaş haq savaşı.
Ağzımda haqq deyirəm, bu haqq səsi sənindir,Hələ haqqın nahaqla bəhsabəhsi sənindir,Dünyanın ən mübarək qələbəsi sənindir,Bu qələbə yolunda nə dayan, nə yavaşı,Bu vuruş haq vuruşu, bu savaş haq savaşı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-xan-esger
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir gizilti keçer çiçekden, ottanKülek de çemende ağ arı kimi.
Pəncərənim önündə göz yaşı tökər payız...Bu səs mənim səsimmi, ya taleyin səsimi,Ruhun gizli sirri var hər insanın səsində.
GoyqurşağıGöy-gövsü-qüzeh,Altdan keçəsən.
İşdi qayıda bilsənİşdi qayıda bilsənBu yazın o üzündə