Füzuli! Həyatın qürbətdə keçdi,Ömrün məşəqqətdə, möhnətdə keçdi.Yaşamış olsan da ərəb elindəİncilər yaratdın azər dilində.Qədrini bilmədi sultanlar sənin,Əsdi üzərindən tufanlar sənin.Əymədin şahlara məğrur başını,Yarın qiblə sayıb qələm qaşını“Ən güclü hökmdar gözəldir” dedin.“Gözəlsiz bağçalar xəzəldir” dedin.Bir sənəm gülüşü, xumar baxışı,Bir nazlı dildarın sakit axışıDöndərdi təbini coşqun Fərata.Sən ümid bəslədin gözəl həyata.Özün yaşasan da ağ günə həsrət,Dedin ki, var olsun həyat, məhəbbət.Şirindir aləmdə vəsli-yar dedin,Bəxtiyar yaşasın insanlar dedin.Olmadın qulamı heç bir şahlığın,Çünki aşiqiydin xeyirxahlığın.Zərbələr endirib riyakarlığa,Minbir alqış dedin təmiz varlığa.Fəqət payın oldu kədər, qəm, fəraq.Torpaq gətirmişəm, bir ovuc torpaq,Qəbrinin üstünə tökürəm onu,Torpaq əzizləyər sadiq oğlunu.

Söyləmə ümidim getdimi bada?Nəsibim nə üçün fəğandır, ahdır.Füzuli! Məzarın qoca dünyadaƏsrlərdən bəri ziyarətgahdır...Kərbəla, 1960

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви