Nubar
Mən bir quşam, ötən şirin dilim var,Hicran nədir? Yanımda sevgilim var,Bir bağbanam təzə qönçəm, gülüm var;Bahar mənim, bağça mənim, bar mənim.
Bir insanam yoldaşımdır səadət,Sürgün olmuş vətənimdən fəlakət,Bilməyirəm nədir həsrət, zəlalət,Dünya bilir ağ günlərim var mənim.
Mənim özgə aləmim var, çağım var.Hər il təzə nubar verən bağım var,Günə baxan bostanım var, tağım var,Ətirli gül, heyva mənim, nar mənim.
Şeir yazıb kirpiyinə, qaşına,Dolanmadım hər gözəlin başına.Azad elin torpağına, daşınaSəda salan kaman mənim, tar mənim.
Ellərimdir incəliyi fərq edən,Bir iz qoyar bu dünyadan hər gedən.Könül deyir mən qalmaram cərgədən,Hasilimi görür vətən, yar mənim...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-nubar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Bəhərli, barlı meşələr,Qışlı, baharlı meşələr,
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Dəniz əsəbidir...Bu axşam nə ay var,Nə ulduz var dənizdə.