Sahibin hanı
Qapımın altında qazıyıb yeriKişnəyirsən yenə, sahibin hanı?Sən ey yoldaşımın həlim kəhəri,Hanı cəbhələrin o qəhrəmanı?Mən dünən yalını gözəl daradım,Hüsnünə yaraşan mahnı aradım;Dedim ki torpağa dəyməsin nalın,Yerdə yoldaşı ol uçan qartalın.Üz versə xatalar zalım bəşərdən,Qoru sevgilimi ağır xətərdən.Toxuyub gecələr mən də çulunu,Gözləyib duraram sənin yolunu.Ol bu iqrarıma gəl əmin, kəhər,Sənə tay tutmaram doğsa min kəhər!
Elə bil ki, duyub ürəkdən məni,Yoxladın gözucu dağı, çəməni.Sıçradın ox kimi, gözlərdən itdin,Tərkində yoldaşım cəbhəyə getdin.İndi qayıtmısan qəlbində məlal,Nədir bilməyirəm, bu qəribə hal?Sənin hüzurumda yox xəcalatın,Günahı olarmı vəfalı atın?Sən ki, xeyli həlim, xeyli şux atsan,Niyə duruxubsan? Nə üçün matsan?Söylə, bu halına səbəb nədir, nə?Qazağı yəhərin düşüb böyrünə,Qırılmış cilovun, taydır üzəngin,Elə bil dəyişib əvvəlki rəngin.Sən ey illər boyu mənə mehriban,Nədir yəhərində quruyan o qan?Yoxsa bir avara küllə çoyumuş,Cəbhələr igidi dostun soyumuş?Sən də yağılara əsir düşməyib,Dərədən, təpədən, acılar yeyibMin bir əziyyətlə evə gəlmisən?Halını dil açıb nə olar desən!..Mən səni görmədim heç zaman belə,Sən bir dağ çeşməsi, olduqca oynaq!Ey bu duruşilə, hərəkətiləBir qəza söyləyən, səni heç qınaqGətirməyir dilə önümdə, haşa,Döndümü ürəyin soyuq bir daşa?..Oldumu başına bu gen dünya dar?Gəl bəri, gəl bəri, gözəl vəfadar,Bəlkə mən də sabah minib tərkinəO qanlı cəbhəyə gedərəm, yenəSən dönərsən geri bu sözüm haqdır;Beləcə kişnəyib eşərsən yeri,Onda mənim kimi qarşına biriElə düşünmə ki, çıxmayacaqdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-sahibin-hani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostlar! İçin yurdumun ətirli şərbətindən,Bu adət babalardan bizə miras qalıbdır.
Qız qalasıSəni qaldıran zaman vüqarını ucaldıbDünyalar qədər qədim millətim, Qız qalası!
YurdumunÇiçəkləri ətri-ənbər qoxuyan,Al günəşli cənnəti var yurdumun;
İlisuDağların qoynunda xeyli zamandırNazlı gəlin kimi yatır İlisu.
Стихи других поэтов
Aləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,