...Əgər mənim övrətim, Ağdam qəzası Kəhrizli kəndinin sabiq mülkədarı Həmidə xanım Cavanşir öz köhnə mülklərində torpaq almaqdan və yaşamaqdan məhrum olan mülkədarlar sırasında adlanırsa,

– mən prezidiumdan iltimas edirəm ki, torpaq qanunnaməsinin doqquzuncu fəslinin birinci qeydinin məzmununa müvafiq mənim övrətimi haman siyahıdan çıxarıb, onun sabiq mülkündə zəhmətkeşlər sırasında əkin əkmək üçün ona torpaq norması verəsiniz.

Cəlil Məmmədquluzadə

Bakı, 9 dekabr 1927-ci il

P.S. Ərizənin üzərində aşağıdakı məzmunda dərkənar vardır: “Həmidə xanım Cavanşirin Ağdamdan sürgün olunması” haqqındakı qərarı ləğv etmək. Ə. H. Qarayev.

Bağırov – lehinə, Bünyadzadə – lehinə.

17 yanvar 1928-ci il

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Redaksiyaya məktub (24 avqust 1905, № 173)

21 avqust tarixli “Novoye obrazovaniye”də belə bir məlumat çap olunmuşdu ki, guya Zaqafqaziya şeyxülislamı və müftisi Y.D.Aspisovaya Tiflisdə müsəlman qızları üçün məktəb açmağa icazə verməyi qeyri-mümkün hesab etmişlər. Mən bu məktubun taleyi ilə yaxından maraqlandım və təhsil dairəsinin cənab popeçitelinin dəftərxanasından bu barədə dürüst məlumat alıb öyrəndim ki, istər şeyxülislam, istərsə də müfti nəzərdə tutulan məktəbdə şəriət və Azərbaycan dilinin keçirilməsi haqqında cənab popeçitelin sorğusuna verdikləri cavabda ancaq cənab dairə popeçitelindən bu məktuba icazə verilməsi məsələsini həmin fənlərə aid proqram müvafiq komissiyalarda tam işlənib qurtarıncaya qədər təxirə salmağı xahiş etmişlər. Onların göstərilən məktuba icazə verməyə razı olmadıqları haqqında isə heç söhbət də getmir.C.Məmmədquluzadə*

1 мин
Nuri-çeşmim. (24 aprel 1907)

Sən Allah, Məmmədhəsənin anasına de ki, ondan heç nigaran olmasın. Çox yazmağa vaxtım yoxdur, amma bunu yəqin eləsin ki, Məmmədhəsənin günü burada Naxçıvan bəyzadə və xanzadələrinin günündən yaxşı keçir. Sənətində də tərəqqi etməkdədir. Müxtəsər, heç bir şeydən korluğu yoxdur və tuman-köynək də nahaq göndəribsiniz. Heç bir şey lazım deyil; biz burada hələ ölməmişik, sağıq. Sidqinin bircə nəfər uşağına da baxmasaq, dəxi özümüzə necə insan deyə bilərik?Cəlil

1 мин
Əzizim! (Bakı, 26. VII-1908)

Burada açılacaq müəllimlik yerini gözləməyiniz. Ondan ötrü ki, şəhər idarəsi bu yerə müəllimə təyin etmək istəyir, nəinki müəllim. Hətta institut qurtaran cavanların ərizələri kifayətsiz qaldı. Bəlkə axırda şəhər idarəsi rəyini çöndərə. Amma güman eləmirəm ki, bu həriflərin içində sizə bir şey çata.Əgər ixtiyarım artıq olsaydı, çalışardım. Amma dəxi nə deyim?

1 мин
Əzizim! (Bakı, 10 yanvar 1910)

İşlərin çox olması səbəbindən kağızının cavabı yubandı. Məhəmmədhəsən, doğrudur, köhnə ustanın yanından çıxıb, amma dəxi eybi yoxdur, çünki təzə yerində dəxi yaxşı təlim almaqdadır və nigaran olmağınıza bir səbəb görmürəm. Ancaq yazınız Ordubada, təzə pasport göndərsinlər.Dostunuz Cəlil

1 мин

Стихи других поэтов