Bais, evin yıxılsın.

Əlbəttə ki, dünyada pislik yerdə qalmaz, əlbəttə, zalımlar cəzalarını çəkəcəklər. Uşaqlıqda qonşumuz Fatma xaladan bir belə qarğış hər gün eşidərdim, deyərdi ki: “bais, evin dağılsın”.

Nuxu naçalniki Məhəmməd ağanın evi yəqin ki, bir gündə dağılacaq. A qardaş, naçalniksən, başını sal aşağı, qeyri naçalniklər kimi səhər dur get divanxanaya, kağızlara qol çək, saat birdə çıxart saatı bax və şaşkanı bucaqdan götür partupesini keçirt çiyinlərinin altına, çıx qoy get evinə.

Yoxsa bu nədir başlamısan ki, “mən gərək oğruları və quldurları çörəkdən salam”. Vallah, baiskarlıq yaxşı şey deyil, vallah, Fatma xalanın qarğışından qorx və bu işləri səhl sayma. Bu qədər sənin barəndə verilən danoslar, bu qədər şpiyonluqlar hamısı öz tutduğun əməllərin nəticəsidir.

Yoxsa bu işlər zarafat deyil, hər birinin bir səbəbi var. Və bir də bunu da nəzərə al ki, sən müsəlman içinə düşmüsən, gərək öz baxtından küsəsən.

Cırcırama

“Molla Nəsrəddin”, 14 fevral 1910, №7

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qızarar

Dəmirçixanada dəmiri zindan üstə qoyub, ağır çəkic ilə döyəndə dəmir başlayır qızmağa; döydükcə dəxi bərk qızır.Axır nə ola bilər? Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa; elə qızarar ki, sən ona əlini vurmamış, uzaqdan əlini yandırar.

1 мин
Dinc qulağım, yaxud yeddi il

Deyirlər bu gün Şura Azərbaycanının yeddinci ilidir.Mən bir fağır mollayam və siyasətnən-zadnan da o qədər də işim yoxdur və bu cür işlərdən o qədər də başım çıxmaz. Ancaq bu yeddi ili götürəndə və bu yeddi ildən qabaqkı illəri götürəndə, mənim zehnimə bir şey gəlir.

2 мин
Mətbuat bayramı, yaxud tacgüzarlıq

Ola bilər ki, bəzi oxucularımız deyələr ki, “xub, bunun nə dəxli var, mətbuatın tacgüzarlığa nə rəbti ola bilər?”.Mən də, atalar deyən kimi: “Mal bir yerə gedər, güman min yerə”, mən də bir mətləbi ki, başlayıram, o mətləbi oradaca yarımçıq qoyub min yerə gedirəm; məsələn, mətbuat bayramından başlayıb tacgüzarlığa gedib çıxıram.

2 мин
Xan hünəri

İçib keflənmək və kefli halda at minib fəqir-füqəranın evinə soxulmaq, oğul-uşağı qorxutmaq və hətta övrətləri təhqir etmək – bunlar qədim əsrdə xan hünəri hesab olunardı. Və çünki mən özüm qədim əsrin adamıyam, xanların bu hünərini mən öz gözümlə görmüşəm. Amma indi dəxi bu işlər rədd oldu getdi. İndi dəxi “xan qalmadı”...Ay sən öləsən!..

2 мин

Стихи других поэтов · Сатира