Bəs Aspisova xanımın müsəlman qızları üçün məktəbi necə oldu?
İki aydan sonra Aspisova xanımın Tiflisdə müsəlman qızları məktəbi açmaq icazəsi üçün ərizə verməsinin bir ili tamam olacaqdır. İndiyədək bu xahiş qəbula keçməmişdir. Bizim dəftərxanalarda öz xahişinin qəbula keçəcəyinə hələ də ümid bəsləyən Aspisova xanımın nikbinliyinə təəccüb eləməmək olmur.
İş ondadır ki, bu barədə verilən ərizə Aspisova xanımın etibarlı adam olub olmadığını aydınlaşdırmaq məqsədilə bir neçə ay yerli inzibati idarələrin dəftərxanalarını gəzəndən sonra rəy üçün Zaqafqaziya müftisi və şeyxül-islamına göndərildi; onlar isə Aspisova xanıma kömək etmək və müsəlmanlar üçün əhəmiyyətli olan belə bir təşəbbüsü yerinə yetirməkdə ona kömək etmək əvəzinə, Aspisova xanımın təqdim etdiyi şəriət proqramına höcəşdilər. Qafqaz təhsil dairəsinin cənab popeçiteli müfti və şeyxül-islamın rəyinə əsaslanaraq, məktəbin açılışı məsələsinə xitam verdi.
Beləliklə, nə ibtidai məktəb haqqında qüvvədə olan qanunnamələrdə, nə də ruhani idarələrin mövcud qaydalarında müsəlman məktəbi üçün heç bir normal proqram olmadığından, bu çətin vəziyyətdən çıxmaq yolu Aspisova xanımın üzünə həmişəlik bağlanmışdır.
Lakin bir məsələ anlaşılmaz qalmışdır; bəs İrəvan şəhərindəki müsəlman məktəbinin və Bakı şəhərindəki Tağıyev qız gimnaziyasının açılışına nə yolla icazə verilmişdir? Güman etmək olar ki, həmin məktəblərə müfti və şeyxül-islamla Qafqaz təhsil dairəsi cənab popeçitelini təmin edən müsəlman şəriəti proqramı əsasında icazə verilmişdir: məgər Aspisova xanıma da bu məktəblərdən birinin şəriətə dair proqramını qəbul etməyi tapşırıb, onun ərizəsinə çoxdan müsbət cavab vermək olmazdımı?
Buna görə bizim üçün başqa bir vəziyyət də anlaşılmazdır: nə üçün Zaqafqaziya şeyxül-islamı və müftisi Aspisova xanımın niyyətinə bu cür soyuq yanaşdılar? Nəhayət, axı kim və nə vaxt bədbəxt müsəlman qızlarının acınacaqlı vəziyyətini yada salıb düşünəcəkdir?
Məmmədquluzadə
“Vozrojdeniye” qəzeti, 5 (18) oktyabr 1905, №3
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-bes-aspisova-xanimin-muselman-qizlari-ucun-mektebi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İngiltərə hökuməti ilə Şuralar ittifaqının pozuluşması təbiidir: necə ki, od ilə suyun yola getməməyi təbiidir.İndi oxucularımız bunu bilmək istəyəcəklər ki, bu iki tərəfin hansını biz od adlandırırıq və hansını su?
Yuxum gəlirGecələri yatmaq mümkün deyil, hava xeyli istiləşib, bu şoğərib taxtabitilər də bir yandan!..Bircə ümid yerim bəzi müdirlərin intizar otağıdır ki, yumşaq kreslo döşəyinin üstə oturursan ki, növbə gözləyəsən. Bircə burada canın rahat olur: çünki burada şoğərib taxtabiti olmur.
Qızdırma müalicəsiQızdırma bir yaman azardır ki, indiyədək ona bir yaxşı dərman tapa bilməyiblər.Doğrudur, qızdırmanı genə dərmanı ilə müalicə edirlər. Amma bir fayda bağışlamır.
Arvada gücləri çatırBizim qeyrətli cavanlarımız başlarını salıblar aşağı elə köhnə qayda ilə gedirlər: köhnə qayda budur ki, heç bir müsəlman arvadının ixtiyarı yoxdur kişilər ilə üzü açıq danışsın.Amma indi yeniyetmə qadınlarımız bu köhnə qaydanı pozmaq istəyirlər və nəinki yad kişilər ilə danışıb gülüşürlər, hələ bəlkə teatrlarda onlar ilə bir yerdə oynayırlar da.
Стихи других поэтов
سحّ طرفی الدّموع حتی تخلیو فوادی من الجوی لا یسلی
OlduƏyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,