On yeddinci ildə, mart ayının səkkizində Piter, (Peterburq) şəhərində işçi qadınların küçəyə çıxıb çörək tələb etmələrindən və ərlərinin cəbhədən qayıtmalarını tələb etmələrindən on il keçir. On il bundan əvvəl qaniçici Nikolay milyonca əməkçilərin başına kefi istədiyi oyunu gətirirdi. O vədə Nikolayın rejimi sayəsində guruldayan qazi və şeyxülislamların qorxusundan Şərq qadınları pərdə altında yox kimi idilər və o vaxtlar qadın azadlığı sözünü danışmaq mümkün deyil idi və danışanda firqəyə bir fənd ilə soxulan Mir Bağırağalar, bazar və dükanı bağladıb bir məsuliyyət altına çəkirdilər. Çünki o vaxtlar fazillərimiz və şəriətmədarlarımız deyirdilər ki, qadın hara, azadlıq hara və məişət meydanında çalışmaq hara. Və dedikləri sözlərə də tarixdən dəlil-sübut gətirirdilər ki, dünya yaranandan cəmi peyğəmbərlər qadınlara məhz “məşğuliyyət” tərəfindən yanaşıblar; məsələn, lap bütpərəstlərin peyğəmbəri Buddadan başlamış, sonra İncili və Quranı şahid çəkirdilər. Guya Budda özü bir küçə ilə keçirkən bir evdə gözəl qadın olduğunu duyanda, evə daxil olmamış keçməzdi və guya İsanın həvariyunundan Petro deyirmiş ki, ancaq gözəl qadınlar axirətdə nicat tapacaqlar, nəinki çirkinlər. Məhəmməd peyğəmbər də ki məlumdur, bir gözəl qadına ki rast gəldi, “fətəbarəkəllahü əhsənül-xaliqin” deməyi kifayət idi ki, o övrəti özünə halal buyursun. Girəm övrət özgəninki də olmuş ola.

Amma indi nələr görürük! İndi hər işçi qadın ölkəni idarə eləmək işini öyrənir, nə bilim seçkilərə qarışır, mədəniyyət və maarif dairələrində sayları gün-gündən artmaqdadır.

İndi Şərqin də əməkçi qadınları Şuralar İttifaqının əməkçi qadınları ilə hüquqda bərabər olub, onlara öz salamlarını göndərirlər və martın səkkizinci günü bayramına şərik olub dərin ürəkdən deyirlər:

– Yaşasın beynəlxalq işçi qadınlar!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 5 mart 1927, №10

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Piyanskalığın dərmanı

Vaqeən bu piyanskalıq böyük bir azardır. Kim bilsin dünyada minlərcə məxluq bədməstlik mərəzindən qurtara bilməyib spirtin zəhəri ilə bədənlərini zəhərləyib ölüb gedirlər.Yaman iş budur ki, bu zəhirmar xəstəlik indiyədək müalicəpəzir olmayıb və nə qədər haziq təbiblər bu yolda nə qədər sümük sındırıblarsa da, yenə bu kefliliyə giriftar olanları bu yoldan yadırğada bilməyiblər.

1 мин
Şəhərə doğru

Məlumdur ki, kənd əhalisinin əhvalını yaxşılaşdırmaq məqsədi ilə “Kəndə doğru!” şüarın dalısı “Şəhərə doğru!” olacaqdır. O səbəbə ki, kənd əhalisinin əhvalı kənd dairəsində nə qədər gözəlləşsə, yenə kənd əhalisi şəhərsiz ötüşə bilməyəcək və bu hal o qədər açıq və vazehdir ki, bunu bəyan etməyə daha bir lüzum qalmır.Onun üçün də kəndlilərin qədim dostu “Molla Nəsrəddin” əmi “piş əzvəqt” öz çarıqlı köhnə dostlarının qeydinə qalmaq babətindən bu söhbəti vaxt ikən ortalığa atır ki, sonra iş işdən keçməmiş olsun və fürsət itməmiş olsun.

3 мин
Hələ dəm alır

İyirmi il bundan qabaq millətimizin halını təsvir eləmək lazım gələndə məcmuəmizin birinci nömrəsində, birinci səhifədə bir şəkil çəkdik və o şəkildə göstərdik ki, millətimiz yan-yana yatışıb yuxuluyur.O vaxt çoxları bizdən sual edərdi ki, xub, bəs, millət ki, bu şirinlik ilə yuxuya cumub, bəs, nə vaxt yuxudan oyanacaq?

2 мин
Yağış suyu

İnsanlar gəldikcə ağıllanırlar.Qabaqlarda xalq yağış suyunu bəyənmirdi. Gedib dağlardan bulaq suyu çəkib, şəhərə gətirirdilər. Belə axmaq işi də əlli-altmış il bundan qabaq Şuşa şəhərində görmüşlərmiş.

2 мин

Стихи других поэтов · Сатира