Piyanskalığın dərmanı
Vaqeən bu piyanskalıq böyük bir azardır. Kim bilsin dünyada minlərcə məxluq bədməstlik mərəzindən qurtara bilməyib spirtin zəhəri ilə bədənlərini zəhərləyib ölüb gedirlər.
Yaman iş budur ki, bu zəhirmar xəstəlik indiyədək müalicəpəzir olmayıb və nə qədər haziq təbiblər bu yolda nə qədər sümük sındırıblarsa da, yenə bu kefliliyə giriftar olanları bu yoldan yadırğada bilməyiblər.
Keçən yaz fəsli darülfünun professorlarının biri – ki, bədməstliyə mübtəla idi – hökumətdən bir qədər müalicə xərci istədi və eşitdiyimizə görə yüz iyirmi beş manat da xəzinədən aldı ki, özünə müalicə etsin. O qədər ki, professor cənabları içirdi, dəxi yoldan keçəndə cavan tələbələr ona baxıb gülürdülər və hoydu-hoyduya götürürdülər.
Bir övqat dedilər ki, piyan professor dəxi ayılıb, keflənmir və hamı dostlar şad oldular və çox piyanskalar bu arzuda oldular ki, onlar da özlərinə müalicə edələr. Və çoxları da təəccüb etməkdə idi ki, aya, görəsən, o dərmanın adı nədir ki, professor cənablarını bədməstlikdən çıxartdı və nə qədər professor cənablarından soruşdular demirdi.
Axırda iş öz-özünə açıldı. Bir gün gördülər ki, kefli professor yenə küçə ilə büdrəyə-büdrəyə gedir; baxıb gördülər ki, yenə keflidir.
Bunlar hamısı öz qaydası ilə və bunlar hamısı keçib gedər. Ancaq biz bilmirik ki, o yüz iyirmi beş manat xəzinə pulunun, bəs, günahı nə imiş?
Dəli
“Molla Nəsrəddin”, 12 sentyabr 1925, №37
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-piyanskaligin-dermani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məhərrəm ayı yetişdi. Məscidlər yavaş-yavaş dolacaq, sinələrin düymələri açılacaq, papaqlar başlardan götürüləcək, bitlər hərəkətə gələcək, keçəllərə hava dəyəcək, arvadlar töküləcəklər küsə və məscidə, uşaqlar doluşacaqlar qəndab təştinin ətrafına və ağlayıb qəndab istəyəcəklər. Məscid müdirləri keçəl başlarını qaşıyandan sonra çirkli əlləri ilə stəkanı uzadacaqlar qəndabın içinə və doldurub verəcəklər uşaqlara. Uşaq da başını təştin içinə tutub qəndabın yarısını içəcək, yarısını da ağzının yanından qaytarıb tökəcək yenə təştin içinə.Bu heyndə xəbər gələcək ki, “ədə, çəkil, çəkil, dəstə gəlir!” Qabaqdan bir şəxs – ağ köynək, bir əlində xəncər, bir əlində kağız oxuya-oxuya gəlir. Bunun dalınca bir dəstə adam – ağ köynək, əllərində xəncər, sinələri açıq, oxuya-oxuya sinə vururlar.
İcazeyi-ictihadCümə günü eydi-əhza münasibətilə, yəni qurban bayramının günü, Bakıda Məscidi-camedə və Bayır şəhərdə müsəlman qardaşlar ictima etdilər və bir yerdə bayram namazı qıldılar.Amma bu il keçən illər kimi olmadı; məsələn, keçən vaxtlarda oxumuşlarımızın heç biri nə rəməzanda və nə qurban bayramında camaata qarışıb bayram namazı qılmırdılar, ancaq bir para cüvəllağı oxumuşlarımız məhz avamı aldatmaq üçün məhərrəmlikdə dəstənin qabağına düşüb, sinə vura-vura yalandan dəstmalı gözlərinə basıb, ürəkdən gülə-gülə və zahirdə guya ağlaya-ağlaya dəstənin qabağında dolanırlar.
SəhvBu gün mən bədbəxt az qalmışdım bir böyük səhv edəm.Bir qəzetin üçüncü nömrəsinin əvvəlinci səhifəsində başdan yekə hərflər ilə yazılmışdı idi:
Nə deyimAx, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı və gündə biri qabağımızı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”.Budur məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki, oxuyurlar:
Стихи других поэтов · Сатира
Mirzə Fətəliyə*Gözüm yolda qaldı, könül intizar,
Bir söylə görüm...Bir söylə görüm məktəbi-irfan nəyə lazım?Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım?
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
Teatr tənqidiYeni tamaşa gedir səhnəmizdə, çox gözəl,Məqaləsi yazılıb əsərdən xeyli əvvəl: