Nə deyim
Ax, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı və gündə biri qabağımızı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”.
Budur məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki, oxuyurlar:
“Ey şiələr, gəlin şuri-nəvayə”...
Budur tanışlarımdan bir nəfər rus yanımı kəsib soruşur ki, “Sizin müsəlmanlar bu gün niyə bu qədər başlarına vururlar? Yoxsa bunlar – iranlılardır ki, vətənlərinin halına ağlayırlar?”.
Allah xatirinə, ay şiələr, bir məni başa salın görüm bu rusa nə cavab verim və nə deyim?...
Hələ mən bilmirəm ki, xalqın bizinən nə işi var?
Dünən bir erməni məndən soruşur ki, Naxçıvanda flan hacı niyə 22 lirə pulu göndərir müftəxor müctəhidə?
Deyirəm ondan ötrü ki, hacı Allah bəndəsidir, mömündür, səxavətlidir, dindardır və xülasə. Gör nainsaf erməni mənə nə cavab verir, mənə nə deyir ki, “asma, din haqqı, İsa haqqı, o hacı ki, müctəhidə 22 lirə göndərib keçən il o rusa pambıq satanda pambığın içinə altı dənə köhnə kişmiş meşoku soxmuşdu ki, pambıq ağır gəlsin. Pambıq alan hacının fəndini duyub bir çox adam içində hacının üzünə tüpürdü”.
İndi mən bilmirəm erməniyə nə deyim və nə cavab verim?...
Dəli
“Molla Nəsrəddin” 1910, №1
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ne-deyim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qəzetlər xəbər verirlər ki, bu yaxın vaxtlarda Kazan şəhərində islam məzhəbinin əleyhinə çalışan rus misyonerlərinin yığıncağı olacaq və bu yığışmağa hökumət tərəfindən izn verilib.Biz bu barədə bəlkə heç danışmayaydıq; çunki bu sözlər köhnə sözlərdir və oktyabr manifestli bir məmləkətdə bu cür “hürriyyətiədyan” işlərini çox görmüşük. Amma bircə şey var: dəxi bundan sonra heç kəs rus tatarlarını qınamasın ki, hökumət məktəblərindən qaçırlar və rus mədəniyyətindən bəhrəmənd olmaq istəmirlər. Hələ keçən vaxtların sözünü danışmırıq ki, qapaz gücünə Məhəmmədin və Həsənin adlarını xaçpərəst dəftərinə yazıb, müsəlmanları İvan, Pyotr eləyirdilər.
UnutmasınlarBir il bundan qabaq eşitdik ki, Tiflisdə “Məzhər” adında türk dilində bir qəzetə çıxır.Bir övqat keçdi dedilər ki, “Məzhər” çıxıb.
Hacıxana– Ədə, Həsənəli, naxır gəlir, qaç töylənin qapısını aç, heyvanlar gəlib həyətə girməsinlər və həyət-bacanı zibilləməsinlər.– Ədə, tez ol, qoyma qaç qabağa!
Abunə dəftərimiz açıldıBu gün qəmər “Əqrəb bürcü”ndən xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftərini açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilan-qurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışacağıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişildikcə, biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib, heç bir kəsin nə yaxşılığını, nə pisliyini danışmayaq; əz qəza əgər danışsaq da, inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacağıq və heç şeydən də şikayətçi olmayacağıq. Zira:Məkon zigərdişi geyti şikayət, ey dərviş
Стихи других поэтов · Сатира
Dərvişlərimiz keçmişə nisbət azalıbdır,Tən yarı gedib rəhmətə, yerdə nə qalıbdır?
Zəmanənin tənqidiEy xudavəndi-cəhan, aləmi əsrari-xəfi,Bu nə kavuşü, nə qovğavü, nə cəngü, nə cədəl?
Naxçıvan dumasına gər o kəsin düşdü işiNaxçıvan dumasma gər o kəsin düşdu işi,Çörəyi pİşdi, kefi kök, damağı təht oldu.
Olursa!Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti:*Vətəndaşlar!*