Bir çuval ki, köhnəldi – o tərəfdən, bu tərəfdən hey başlayacaq yırtılmağa və dəlinməyə.

– Ədə, çuval dəlinib, çuvalduzu ver mənə, deşiyi tikim.

Elə ki, bir tərəfdən yamayırsan, görürsən o biri tərəfdən yenə çuvalın içindən darı başlayıb tökülməyə.

– Ədə, çuvalduzu ver mənə.

Bu dəliyi də tikirsən. Elə ki, çuvalı qaldırıb yükləyirsən eşşəyin üstünə, yenə darı başlayır su kimi axıb yerə tökülməyə.

– Ədə, yavaş sür! Yavaş sür! Bu zəhrimar çuval yenə dəlinib.

– Hoqquş, hoqquş… Qoyma, qoyma! Darı töküldü.


Osmanlı hökumətinin darı çuvalı o qədər çürüyüb ki, hər gün çuvalın bir yeri dəlinir. İndi təzə deşikdən Samos cəzirəsi istəyir tökülsün yerə.

– Ədə, o çuvalduzu ver, bu deşiyi tikim.

Və lakin bu zəhmətlərin hamısı nəticəsiz görsənir; ondan ötrü ki, çuval çox köhnəlib; köhnə çuvalda darını saxlamaq çətindir. Samos cəzirəsinin əhalisi yunan tayfasındandır ki, rusca bunlara “qrek” deyirlər. Hərçənd bu millət “pak millətlərdən” deyil; amma bunlar qeyrətli və ziyalı bir tayfadır. Bunlar yunandırlar. Bunlar elə bir tayfadır ki, əgər bunları təzə və möhkəm çuvalın içinə doldursan, bəlkə orada qala bilər. Amma Türkiyənin indiki çuvalında bunlar qala bilməzlər; ondan ötrü ki, çuval çürükdür.

Osmanlıda tək bircə türk tayfası dinməz-söyləməz qala bilər. Bunun səbəbi budur ki, cırıq torbaya nə qədər ot və qanqalaq bassan tökülməz. Amma darı və buğda tökülər.


Xülaseyi-kəlam, dünyada hər bir millət ki, sultan Əbdülhəmidin təhti-təbəiyyətində yaşamağı özünə rəva görür, – bu millət qeyrətdən və insaniyyətdən bilmərrə gərək əl çəksin.

Osmanlı idarəsinə səbr edib, osmanlı torpağında tək bircə türklər və bunlar kimi müsəlmanlar qala bilərlər; ondan ötrü ki, cırıq və dəlik çuvala nə qədər yovşan və küləş bassan, tökülməz. Amma erməni, slavyan, yunan və bu qism millətlər özlərini yox etməyə razı olarlar ki, sultan Əbdülhəmid kimi padşaha tabe olmasınlar.

Bunun da hikməti buradadır ki, cırıq və yırtıq torbaya əgər darını və buğdanı doldursan, elə hey bir ucdan töküləcək. İstəsən də ki, dəliyi tikəsən, görəcəksən ki, bir özgə yerdən töküldü; çünki torba çürükdür.

– Ədə, çuvalduzu ver, bu dəliyi tikim!

Sonra baxıb görəcəksən ki, yenə bir ayrı yerdən tökülür; çünki çuval çürükdür.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 26 may 1908, №21

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bir gürcüyə cavab

Gürcü mühərrirlərindən bir rəfiqim dünən gəlmişdi bizə söhbətə. Danışıq millətlərin qabağa gəlməyindən düşdü. Rəfiqim başladı ki, hər bir millət üçün nicat yolu tapmaq balaca uşaqları məktəbə göndərib tərbiyə verməklə əmələ gəlir. Əgər belə olmasa, heç bir şey fayda bağışlamaz: nə hürriyyət, nə məşrutiyyət, nə cümhuriyyət, nə zənburiyyət, nə çənçuriyyət…Qərəz rəfiqim bunlardan bir neçəsini də saydı və bu sözləri deyəndən sonra mənim rəyimi soruşdu. Mən cavab verdim ki, hələ sözünü de qurtar, mən axırda birdən cavab verərəm.

3 мин
Abirin və kilab

Bir neçə gün bundan əvvəl türk qəzetlərinin birində oxudum ki, rus ədibi məşhur Krılov “Abirin və kilab” adında bir təmsil yazıb. Çünki mən rusca az-çox oxumuşam və məlumdur ki, Krılovun təmsillərini mübtədi məktəblərdə oxudurlar, çox təəccüb elədim ki, bu təmsildən mənim xəbərim yoxdur. Açdım Krılovun məcmuəsini və vərəqləyib, “Abirin və kilab” adında bir təmsil tapa bilmədim. Sonra öz-özümə ha fikirləşdim ki, görəsən, “Abirin və kilab” nə deməkdir?Axırı ərəbi bilənlərin birisi məni başa saldı ki, “abirin” – yəni ərəbcə keçənlər, yolçular; “kilab” – yəni itlər.

1 мин
Səyahətnamə

Reynqartın səyahət kitabından(19-cu nömrədən sonra)

2 мин
Yar ilə görüşmək

Nə xoşdur bir zaman dilbərin eşqində zar olmaq*Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq*

2 мин

Стихи других поэтов · Сатира