Reynqartın səyahət kitabından

(19-cu nömrədən sonra)

Kitabın bir yerində cənab səyyah Tiflisdən nağıl edir. Deyir ki, “avqust ayının 28-də Tiflisə varid olub, məktəbxanaları görmək istədim. Əvvəl yolum düşdü üçüncü zükur gimnaziyasına. Həyət-baca dolu idi adam ilə. Kişi, övrət, uşaq qarışmışdılar bir-birinə. Xəbərdar oldum ki, bu gün gimnaziyaya təzə şagirdlər qəbul olunurlar. Bu məxluqun içində hər millətdən var idi: rus, gürcü, çoxluca erməni, yəhudi. Bir neçə övrəti də ağlayan gördüm. Məlum oldu ki, bunların uşaqlarını qəbul etməyiblər; çünki dəxi yer yoxdur (Rusiya belə işlər çox olar). Üzümü bir şəxsə tutub soruşdum:

– Ay qardaş, bir mənə de görüm, məgər bu şəhərdə heç müsəlman yoxdu?

Naməlum şəxs əlini qiblə tərəfinə uzadıb dedi:

– Şeytanbazar mnoqo.

Dedim: – Necə Şeytanbazar?

Cavab verdi: – Yəni müsəlman aləmi.

Üz qoydum Şeytanbazara səmt getməyə və həqiqətdə çox müsəlman gördüm və bunu bildim ki, Tiflisdə iyirmi minədək islam balası var. Bir müsəlmandan soruşdum:

– Ay məşədi, bir mənə de görüm, burada müsəlmanların gimnaziyası haradadır?

Məşədi mənə belə cavab verdi:

– Get, get! Mən sən deyən adamlardan deyiləm!..

Bir az da qabağa hərəkət edib, bir çayçı dükanına rast gəldim. Bir neçə müsəlman bir mollanı əhatə edib, bundan məsələ soruşdular. Bunların birisi molladan bunu soruşdu:

– Cənab axund, sən Allah, bizə bəyan elə görək Cabilqa və Cabilsa şəhərləri – ki, hər kitablarda məşhurdur, – haradadır? Qayibdədirmi ya zahirdədir?

Biri molladan bunu soruşdu:

– Cənab molla, bir bizi başa sal, Dəccalın eşşəyi nə rəngdədir, nə surətdədir?

Bir ayrısı bunu soruşdu:

– Fövqdə olan yeddi göylər və təhtdə olan yeddi yerlər – mələkut, cəbərut, lahut, nasut nəyin üstündə durubdurlar? Yerin üzündədirlərmi ya suyun üstündə?”

Cənab Reynqart deyir ki, “bu işləri belə görən kimi, fayton çağırıb mindim və düz sürdüm vağzala”.

Burada Tiflis səfəri tamam olur.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 25 avqust 1906, №21

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

“Yeni əlifba komitəsi”nin görmüş və görəcəyi işlər

May ayında latın hərfləri tərəfdarları tərəfindən seçilən “Yeni Türk Əlifba Komitəsi” günbəgün genişlənməkdə və qüvvətlənməkdədir. Həm də bir çox maneələri yıxaraq, bir çox qərəzlik və fitnə ilə meydana atılan etirazlara baxmayaraq yaşamaqdadır. Komitəmiz yalnız iki şeyi nəzərdə tutub böyük addımlarla irəliləyir.Onlardan birisi yeni əlifba fikrinin Azərbaycanda 65 illik möhkəm bir tarixə malik olması, o birisi də komitə üzvlərinin və yeni hərflər tərəfdarlarının getdikləri yolun doğru olmasına sarsılmaz bir inam və təmiz bir vicdan ilə baxmalarıdır.

2 мин
Yaxşı işin tarixi

Hər bir işin ayrıca, özünəməxsus bir tarixi var. Və söz yox ki, işdən də işə təfavüt var: hər bir xırda, mənasız, əhəmiyyəti az olan iş ayırıb, ona tarix qoymaq bir şeyə yaramaz, ancaq axırı xeyirli mənfəəti gözətlənən işləri gözüaçıq millət seçib tarixini yapar. Bu neçə ildən bəri meydana atılmış işlərdən biri hər bir millətini sevən şəxsin diqqətini hökmən cəzb etməlidir. Bu iş qız məktəblərinin artması və tərəqqisidir. Məktəblərimiz sırasına iki ildən bəri iki qız məktəbi daxil olub: biri Bakı darülmüəllimatı, biri də ali pedoqoji institutdur. Bunlardan ikincisinin məqsədi gələcəkdə balalarımıza orta məktəblərimizdə ali təhsil görmüş müəllimlər yetirməkdir. Bu günlərdə bu məktəbin dövlətimiz tərəfindən təsdiqi gözlənilir.Qəzetimiz bu məktəbin açılmasını təbrik edir və deyir ki, bir millətin yarısı savadsız qalsa, o millət mədəniyyət yolunda tərəqqisindən biryolluq əl çəkməlidir.

1 мин
Komitə işləri barəsində

İki həftə əvvəl İrəvandan aldığımız rəsmi kağız Ermənistanda yaşayan türklərin yeni əlifbanı xoşlamaları və qəbul etmələrini bildirdi. Haman şəhərdə bu əlifbanı yaymaq və istəyənlərə öyrətmək üçün xüsusi komitə seçilib, ciddiyyətlə işə başlamışdır.Beş gün sonra Naxçıvandan gələn xəbər orada da yeni bir əlifba komitəsi açılıb işə başlamasını bildirdi. Bu komitə yeni əlifbanı Ordubad və Şərur mahallarında yaşayan türklərin arasında da yaymağı öhdəsinə almışdır. Bu şəhərlərə göndərilən 300 əlifba kitabçasının kifayət etmədiyi xəbərlərini verib, haman kitabdan yenə istəyirlər. Bakıda yeni əlifba ilə çıxan qəzet və jurnalın oralara da göndərilməsini xahiş edirlər.

1 мин
Əkinçilik aləmindən

Üzümüzə gələn qış, yaz və yay fəsillərində əkin aləmi üçün çox böyük məsələlər meydana qoyulmalıdır və qəzetlərin yazmağına görə hökumət özü də həmin məsələlərə indidən baş qatmaqdadır.Bu mühüm məsələlər haman çəyirtgə, pambıq əkmək, kənd əhalisinə toxum paylamaq və əkin sularını abad bir yola qoymaq məsələləridir ki, biz bu barədə keçmiş nömrələrimizdə bir neçə dəfə işarələr eləmişik.

1 мин

Стихи других поэтов · Сатира