Dörd məclisdən ibarət komediya

İŞTİRAK EDİRLƏR

Cahangir (Pərvər, Qeyrətmənd Cahangir, Qeyrətmənd) – 21 yaşında firqə namizədi, darülfünun tələbəsi

Mərcan xanım – Cahangirin anası, məktəb müdirəsi, mərkəzi qadınlar klubunun sədri

Çiçək – Cahangirin bacısı, Tağıyev gimnaziyasının məzunu, müəllimə, 23 yaşında

İzzət nənə – Cahangirin nənəsi

Mürşüd dayı – Cahangirin dayısı

Zərəfşan xanım – Mərcan xanımın bacısı, dul qadın, 30-35 yaşlarında

Püstə – Mərcan xanımın evində xidmətçi qız

Həsrət xala – çörəkbişirən

Nadir bala – Mərcan xanımın kiçik oğlu

Dilşad – Çiçəyin rəfiqəsi

Mirzə Ərvahallahxan – universitetin professoru, Əsəb xəstəxanasının müdiri, 50-55 yaşında

Dəli Murtuza – Əsəb xəstəxanasındakı xəstələrdən Qutaz

Şərəf xala

qonşu qadınlar

Yarpız xala

İsmət xanım }

Birinci yad arvad

İkinci yad arvad

Üçüncü yad arvad məhəllə qadınları

Dördüncü yad arvad

Beşinci yad arvad }

Birinci tələbə

İkinci tələbə Cahangirin tələbə yoldaşları Üçüncü tələbə }

Xidmətçi ifritə

xəstəxananın işçiləri

Qapıçı }

Şəhər nəzarətçisi

Nəzarətçi şəhərdə ictimai asayişi bərpa edənlər Gülən nəzarətçi }

Azad bəy - orta yaşlı yetkin ziyalı

Millətpərəst Qəhrəman Natiq

Natiq

yeni cəmiyyəti təmsil edən gənclər Millətpərəst Vəli (Vəli Azadixah)

Əli Qeyrətmənd }

Birinci uşaq

Uşaqlardan biri

O biri uşaq

məhəllə uşaqlarının nümayəndələri Üçüncü uşaq

Dördüncü uşaq

}

Mücdə

Dəli Şahzadə – professorun paltarlarını geyinmiş Dəli Murtuza

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üç yüz milyon maşallah

Axır vaxtlarda bəzi “millətpərəstlərimiz” bir cür “mücahidliyi” özlərinə adət eləyiblər: məsələn, xata olur ki, bir nəfər Məşədi Həsən əlində bir kasa qatıq yol ilə gedən yerdə, bir nəfər İvan buna naqafil toxuna və məşədinin qabı əlindən düşə və qatıq tökülə yerə. Bunu eşidən kimi “millətpərəstlərimiz” o saat çıxırlar bir uca damın üstünə və əllərini qulaqlarına qoyub bar-bar bağırırlar: “Ay müsəlman qardaşlar, görürsünüzmü ki, haramzada İvan murdar ola-ola necə müsəlmanlardan utanmadı, necə üç yüz milyon bir camaatdan qorxmayıb Məşədi Həsənimizin qatığını tökdü küçədə torpaqların üstünə. Vay-vay!.. Ar olsun bizə, hələ durub baxırıq, hələ bu binamusluğu qəbul eləyirik!..”Amma mən deyirəm ki, belə millətpərəstliyin istotu bir az çoxdur, az qalır adamın ağzını yandırsın. Mən belə qanıram ki, İvan əgər qəflətən Məşədi Həsənin qatığını tökmüş olsa, günahı o qədər azdır ki, bundan ötəri minarəyə çıxmaq lazım deyil. Əgər qəsd ilə tökülmüş olsa, burada İvana bir balaca nəsihətdən savayı heç özgə bir atılıb düşməyə ehtiyac yoxdur.

3 мин
Qənaət

Atalar yaxşı deyiblər ki, qənaət kimyadır; hər bir şey çox işlənsə, əlbəttə tez qurtarar. Götürək Nuxa cavanlarını ki, bir-birilə müsəlmanca danışanda müsəlman sözlərinə qənaət eləyib, aralığa rus sözləri qatırlar. Və yaxşı da eləyirlər; əgər belə eləməsələr, yəni əgər müsəlman sözlərini çox işlətsələr, əlbət ki, yavaş-yavaş qurtarar; çünki bir şey çox sərf olunsa, tez də qurtarar.Xüsusən, pul.

1 мин
Qurddan çoban

“İttifaq” qəzetəsinin 112-ci nömrəsində “Qurddan çoban” adlı məqaləsini uzaqdan görən kimi öz-özümə dedim ki, vallah, bu qəzetələr bilmirəm bu mollalardan nə istəyirlər, nə daraşıblar bu axund və əfəndi və şeyx və müftilərin canına? Başdan bir-iki sətir oxuyub gördüm ki, söhbət Türküstan vilayətindən başlanıb və mən o saat yəqin elədim ki, məqalə sahibi Səmərqənd müftisi Məhəmməd Bəqa xasəyə qurddan çoban ad qoymaq istiyir. Bir az da məqalədən oxudum gördüm “Türküstan vilayəti qəzetəsi”nin də söhbəti aralığa gəldi və indi dəxi lap yəqin elədim ki, bəli, biçarə Məhəmməd Bəqanın evi yıxıldı. Yəqin elədim ki, məqalə sahibi axırda mətləbi bu yerə yetirəcək ki, Səmərqənd müftisinin başına özgə bir qəzetə qəhətdir ki, Ostroumov kimi bir misyonerin qəzetəsində uzun-uzun felyetonlar yazır.Hərçənd məqalədə Məhəmməd Bəqa xacənin adı yoxdur, amma vallah, bu bijliklər keçməz. Xacə əfəndini belə fəndlər ilə tovlamaq olmaz. Bu ona oxşuyur ki, “qızım, sənə deyirəm, gəlinim, sən eşit”. Əgər həqiqətdə Ostroumov özünü qoyub misyonerliyə və öz qəzetəsi vasitəsilə öz murdar fikrini Türküstan vilayətinin ikiayaqlı heyvanlarına soxmaq xəyalındadır, - elədə bəs Səmərqənd müftisi niyə öz qələmi ilə bu qəzetəyə şərakət edir? Dadaşım, əgər Ostroumov misyonerdi, elədə Məhəmməd Bəqa əfəndi də oldu onun qardaşı və yoldaşı. Əgər sən sübuta yetirsən ki, xeyr, Səmərqənd müftisi misyonerə yoldaş ola bilməz, o vədə mən də səndən təvəqqə edirəm ki, Məhəmməd Bəqa əfəndiyə də bir ad qoyasan.

2 мин
Qəzetlərdən

“Bəyanül-həq” qəzetinin müxbiri molla Əbdülrəşid İbrahimov Yaponiyanın Tokio şəhərindən İstambulda çıxan “Sıratül-müstəqim” məcmuəsinə yazır ki, “mən Yaponiyada hər məclisdə hər gün nitqlər söyləyirəm. Və Yaponiya üləmasına mənim nitqlərim elə təsir bağışlayır ki, gündə bir neçəsi özündən gedir”.Bu xəbəri möhtərəm “Tərcüman” qəzeti yazıb, axırda soruşur ki, aya, görən, molla Əbdülrəşid bu nitqləri ingilis dilində söyləyir, yainki yapon dilində?

1 мин

Стихи других поэтов