Qəzetlərdən
“Bəyanül-həq” qəzetinin müxbiri molla Əbdülrəşid İbrahimov Yaponiyanın Tokio şəhərindən İstambulda çıxan “Sıratül-müstəqim” məcmuəsinə yazır ki, “mən Yaponiyada hər məclisdə hər gün nitqlər söyləyirəm. Və Yaponiya üləmasına mənim nitqlərim elə təsir bağışlayır ki, gündə bir neçəsi özündən gedir”.
Bu xəbəri möhtərəm “Tərcüman” qəzeti yazıb, axırda soruşur ki, aya, görən, molla Əbdülrəşid bu nitqləri ingilis dilində söyləyir, yainki yapon dilində?
Biz lazım bilirik bu barədə “Tərcümana” ərz edək ki, doğrudur, molla Əbdülrəşid nə ingliscə bilir, nə yaponca və nə frəngcə. Və bu da aşkardır ki, üç dilin heç olmasa birini də bilməyən Yaponiya məclislərində hər nə danışsa qulaq verənlərin qulaqları taqqıldayacaq. Lakin molla Əbdülrəşidin əhvalatı özgədir: bu cənab nitqlərini türk dilində söyləyir və yaponiyalılara da mollanın nitqinin məzmununu bilmək lazım deyil, onlara molla Əbdülrəşidin məhz uzun saqqalı və ağ əmmaməsi xoş gəlir. Səbəbi də budur ki, Yaponiya camaatı mömin adamlardır və müsəlmançılığa da çox maildirlər. Və hətta Əbdülrəşidi o mərtəbədə xoşlayıblar ki, “Bəyanül-həq” qəzetinin yazmağına görə, Əbdülrəşidin həmin qəzetdə yazdığı nömrələri yaponiyalılar baha qiymətə gətirdib, ibadətxanalarda saxlayırlar.
Hər kəs bizim sözümüzə inanmasa, “Bəyanül-həq” qəzetinin 26 martda çıxan 447-ci nömrəsini tapıb oxusun.
Bircə sözümüz qaldı.
Molla Əbdülrəşid İbrahimov bunu bilir ki, Yaponiyadan yazdığı məktubları müsəlmanlar oxuyur, nəinki qeyri bir millət. Müsəlmanlara da nə yazsan, keçib gedər; ürəyini sıxma…
Lağlağı
“Molla Nəsrəddin”, 7 iyun 1909, №23
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-qezetlerden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
A Molla dayı! Çoxdandır mən istəyirəm səndən bir söz soruşam, amma utanıram, qorxuram inciyəsən.Sözün doğrusu, jurnalın əvvəlinci nömrəsi çıxandan indiyə kimi mən hər vaxtı ki, sənin şəklinə baxıram, bir şeyə təccüb eləyirəm.
ZəncirZəncir, kəndir, noxda, boyunduruq, cilov-bunların hamısı heyvandan ötrü icad olunub, ondan ötru ki, heyvanı özbaşına qoymaq olmaz. İti zəncir ilə bağlamasan adamı qapar, malı kəndir ilə bağlamasan çıxıb gedər çölə, öküzün boynuna boyunduruğu qoymasan kotanı çəkməz, atı cilovlamasan qaçar, – xülasə, bunlar haması lazımdır, ondan ötrü ki, heyvanı özbaşına qoymaq olmaz.Və insanın heyvanlar ilə bu cür rəftarı heyvanlara naxoş gəlmir, çünki heyvanlar buna adət ediblər; amma bunun əsl səbəbi də budur ki, heyvanların ağlı yoxdur, əgər heyvanlarda ağıl olsa, günlərin bir günü bir yerə yığışıb sahiblərinə deyərlər: nə haqq ilə siz bizim azadlığımızı əlimizdən alırsınız və sahibləri çox artıq-əskik danışsalarheyvanlar bir dəqiqənin içində zənciri, kəndiri, noxtanı yolar, boyunduruğu və cilovu (gəmi) qırıb hərəsi dağılıb gedər bir tərəfə.
BatdağBir neçə dəfə qəzetlərdə oxudum ki, “Füyuzat”ın bağlanmağına səbəb “Axund Çəyirtkə” olubdur. Amma oxudum və çox təəccüb elədim; ondan ötrü ki, axund Çəyirtkə bir balaca, məzlum, zəif və mülayim çəyirtkədir və bu çəyirtkəni biz çoxdan tanıyırıq. Bu bir qulluqçu çəyirtkədir və ixtiyarı özündə deyil: ağa buyurur “sür dərəyə – sür dərəyə!”, vəssəlam.İndi görək niyə “Füyuzat” bağlandı.
İnşallahMənim bir nəfər dostum var, adı Məşədi Ələsgərdir. Mənim həmişə ona bir işim düşəndə və mən ondan bir şey təvəqqe edəndə o mənə deyər “inşallah”, amma burası var ki, çox vaxt dediyi sözə əməl eləməz. Məsələn, deyərəm: “Məşədi Ələsgər, Kərbəlayı Həsənə de ki, bu gün gəlsin bizə, çox vacib işim var”. Dostum mənə cavab verər “inşallah” deyərəm. Amma gedib gözlərəm, Kərbəlayı Həsən gəlməz. Məlum olar ki, dostum kərbəlayı Həsənə mənim sifarişimi yetirməyib.Məşədi Baxşəliyə bir gün dedim: “oğlunu göndər getsin məktəbdə oxusun”. Dedi “inşallah”, amma bir neçə gün keçdi, göndərmədi. Bir də görəndə dedim, genə mənə dedi “inşallah”. Bir neçə gün keçəndən sonra genə dedim, genə mənə cavab verdi “inşallah”. Bir də görəndə dedim, genə dedi: “inşallah göndərərəm”.
Стихи других поэтов · Сатира
Ar eyləmərəm, pəndü nəsihətdən utanmam,Hər kəs nə deyir qoy deyə, töhmətdən utanmam.
Tanıya bildimSəni gec də olsa tanıya bildim,Vətənə, millətə gərəksizsənmiş.
Çıxmadı, qurtulaq dərdü bəladanÇıxmadı, qurtulaq dərdü-bəladan,Gündə bir zakuni görən canımız!
Kamil paşa, kamilliyinə min barəkallahKamil paşa, kamİlliyinə min barəkallah,Etdin nə gözəl millətini xürrəmi xendan.