Üsuli-cədid
Bu üsuli-cədid çox qəribə şeydir. Əvvəllər uşağı bir il oxudardılar, yazıb-oxumaq bilməz idi. Amma indi iki-üç ayın içində basavad olur.
Nuxada bu üsuli-cədidin tərəqqisi dəxi də artıqdır. Məsələn, keçən həftə Salahlı kəndindən iki ayağı çarıqlı, bisavad kəndli gəlmişdilər Nuxaya ki, bir həftənin içində “üsuli-cədid” vasitəsi ilə mollalığa imtahan tutub şəhadətnamə alıb getsinlər.
Öz yanlarınca ehtiyat üçün yaxşı Salahlı xəliçələri də gətirmişdilər. Çünki “üsuli-cədid” üçün xəliçələr lazımlı bir şeydirlər.
Elə o cür də oldu. Nurməhəmməd əfəndi bu kəndliləri bir həftənin içində molla eliyib yola saldı. Amma yazıqlar bir şeydə səhv elədilər ki, yanlarınca gətirdikləri pulları “üsuli-cədid” in üstünə qoydular və yola düşmək istiyəndə gördülər ki, faytonçu pul istiyir.
Axırda bazara düşüb bir-iki manat Allah bəndələrindən borc eliyib çıxıb getdilər.
Amma kişilər necə ki, lazımdır, “alim” oldular. Sağ olsun “üsulicədid”.
Dəli
“Molla Nəsrəddin”, 7 iyun 1909, №23
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-usuli-cedid
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Özəklərin namizədlərinə ibrət olsun. Səkkiz apreldə getmişdim Padar kəndinə. Gördüm ki, məscidin qabağı adamla doludur. Nə var?Uzaqdan gördüm ki, ortalıqda bir tabut var. Yavuq gəlib gördüm ki, tabutun içində bir adam var, amma paltarlıdır, kəfənli deyil. Dedim:
XəlifələrHərçənd ki, bu saat ingilis əmələlərinin tətil söhbəti nəinki tək bircə küreyi-ərzin bütün “məhafilin”də danışılır, hələ bəlkə Marsa da gedib çıxıbdır. Bununla bərabər, biz Molla Nəsrəddin əmi, – möhtərəm oxucularımız da bunu görür və Allah da buna şahiddir, – bu məsələyə nə keçmişdə qarışmışıq, nə indi qarışmaq istəyirik və nə də gələcəkdə qarışmaq xəyali-fasidində olacağıq.Buna da səbəblər var.
Çox eşitməli xəbərlərAşqabad da “Türkmənistan” qəzetəsi yanında nəşr olunan bir nadinc “Zəhmət” adlı ruznamə Ərdəbil fazili Mirzə Ələkbər ağanın 45 nəfər müridi tərəfindən 20-ci nömrəsində bir belə məzəli elan buraxıbdır:“Biz, Krasnovodski şəhərinin bütün mömin-müqəddəs dükançıları və qulağı təvəkküllü ağsaqqalları və Mirzə Ələkbər Ağanın cəmi müridləri Krasnovodskinin Həbib ibn Məzahiri və uzun müddət cahan diplomaları arasında birincilik qazanmış olan ”Əminürröəya” yəni bütün Krasnovodskidə olan iranlıların əmanətdarı cənablarına Paltaratskidən gələn qarabağlı mallanı bir ilə qədər min manata danışıb, Krasnovodskidə saxlaması qarşısında öz səmimi təşəkküratımızı bildiririz. İnşallah bundan sonra Krasnovodski iranlıların üzü güləcəyinə ümid etmək olar.
Dirsək bilərMənə əmr etdiyin sözlərə qarşı mənim heç bir etirazım yoxdur: İsrafı qaldırmaq? – baş üstə. Qənaət yolunda səy etmək? – bu da göz üstə. Bunlar hamısı mümkündür və burada heç kəsin sözü ola bilməz və bu yolda hər bir mübarizə mümkündür: israfdır eləməzsən, rədd olar; qənaətdir gözlərsən, olar.Ancaq bircə məsəl qabağında bəndeyi-həqir aciz və sərgərdan qalıbdır; əgər bu məsələni həll edə bilsəm, həm qənaət və israf məsələlərini həll etmiş olaram, həm də yüz il yaşaram.
Стихи других поэтов · Сатира
Ey xudavəndi-cəhan, aləmi əsrari-xəfi,Bu nə kavuşü, nə qovğavü, nə cəngü, nə cədəl?
Tapdım!.. ("Qoy sağ olsun başımız, düşməsin əsla ayağa")Qoy sağ olsun başımız, düşməsin əsla ayağa,O bizi torğa qoyub, gərçi satıb yandırdı;
Əsrimizin qəhrəmanları(Dörd pərdədə roman)“Qospadin” Nəsir intelligent, müsəlman “kavaleri” həmişə qızlarla tanış
Odessa xəyalatıGündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.