Aşqabad da “Türkmənistan” qəzetəsi yanında nəşr olunan bir nadinc “Zəhmət” adlı ruznamə Ərdəbil fazili Mirzə Ələkbər ağanın 45 nəfər müridi tərəfindən 20-ci nömrəsində bir belə məzəli elan buraxıbdır:

“Biz, Krasnovodski şəhərinin bütün mömin-müqəddəs dükançıları və qulağı təvəkküllü ağsaqqalları və Mirzə Ələkbər Ağanın cəmi müridləri Krasnovodskinin Həbib ibn Məzahiri və uzun müddət cahan diplomaları arasında birincilik qazanmış olan ”Əminürröəya” yəni bütün Krasnovodskidə olan iranlıların əmanətdarı cənablarına Paltaratskidən gələn qarabağlı mallanı bir ilə qədər min manata danışıb, Krasnovodskidə saxlaması qarşısında öz səmimi təşəkküratımızı bildiririz. İnşallah bundan sonra Krasnovodski iranlıların üzü güləcəyinə ümid etmək olar.

İmza: 45 nəfər Mirzə Ələkbər ağanın müridi.

Molla Nəsrəddin əmi də bir molla olmaq və mollaların dostu sifətinlə öz tərəfindən bir belə təklif edir:

Şayəd-bəlkə Krasnovodski kimi bir böyük şəhərə tək bir nəfər molla azlıq elədi. Belə olduqda Krasnovodskidə yaşayan iranlıların əminürröəyası yenə məcbur olacaq “Zəhmət” qəzetəsi idarəsinə təzə bir molla soraqlaşsın. Bu əziyyətə meydan buraxmamaq üçün biz öz tərəfimizdən layiqli mollaların yerini və ünvanını burada nişan veririk ta ki, Krasnovodskinin diplomat həzrətləri artıq bir zəhmətə düçar olmasın.

Biz iki “Dənə” çox mötəbər molla yeri bilirik:

Birincisi Qazax şəhərində Kosalar kəndinin müəllimi axund Mirə Hüseyn İrəvanski.

“Yeni fikir” qəzetəsi 1086-cı nömrəsində yazır ki, bu müəllim cənabları doğrudur adını yazmaqda mətəldir, amma Tehranda darülfünun qurtarıb, özü də altmış beş yaşında olduğu halda Zəhra adında bir küpəgirən qarıya iki yüz manat verirmiş ki, ona bir qız tapsın.

İkinci layiqli bir molla və eyni zamanda müəllimin xəbərini bizə verən “Dağıstan füqərası” qəzetəsidir.

Bu da 18-ci nömrəsində yazır ki, Dağıstanda “Xub” kəndinin müəllimi Şeyx Əhməd Mahmudzadə günlərin bir günü “Cəxit” kəndinə gedir. Şagirdlərinə deyir ki, orada bir vacib işim var. Biçarə məktəb cocuqları da güman edirlər ki, əlbət müəllim əfəndi gedib oradan məktəb üçün dəftər, qələm və qeyri-ləvazimat alıb gətirsin. Bir də görürlər ki, Şeyx Əhməd evində arvadı ola-ola atın tərkinə ikici bir arvad mindirib, gətiribdir”.

Allah belə fazil müəllimləri biz pak və nəcib İslam ümmətinə çox görməsin. Və Krasnovodski qulağı tüklülərinə tövsiyə edirik ki, fürsəti əldən buraxmasınlar və bacarsalar bunların ikisini də özləri üçün dəvət etsinlər.

İşdir, bacarmasalar, birini özləri aparsınlar, birini də Bakıda təbrizlilər məscidi üçün saxlasınlar.

Dəli

“Molla Nəsrəddin” 22 may 1926, №21

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

4 iyun, Tiflis

Dünən bir məclisdə bir gürcü qızı ilə tanış oldum. Qızın danışığından və simasından görünürdü ki, bu qız elm və tərbiyə sahibidir. Söhbət arasında qızın yaxın rəfiqələrindən bir arvad ayın beşində “Vetsel” teatrında əcib tamaşa məclisi vaqe olacağını xəbər verib, əhli-məclisə təklif elədi ki, onunla bərabər getsinlər teatra. Söylədiyimiz qız razılıq edib, cavab verdi ki, mən bu təklifi qəbul edə bilməm. O səbəbə ki, bu günlərdə kəndimizdə bir arvad doğasıdır və mən əlbəttə, üç gündən sonra kəndimizdə olam. Çünki orada mamaça yoxdur.Qızın bu söhbətini eşidəndən sonra mən dəxi güman elədim ki, bunun mamalıq elmində səriştəsi var. Bu mətləbi mən qızdan soruşdum. O, mənə cavab verdi ki, Tiflisdə mamalıq məktəbxanasında təhsil edib, bir neçə il bundan əqdəm mamalıq şəhadətnaməsi almışam.

3 мин
Diqqət etməli

Tiflisin müsəlman qəbiristanına gedən yolda müsəlman məhəlləsinin qurtaracağında haman məhəllə ilə qəbiristanın arasında olan darvazanın yanına axşam vaxtları çox müsəlman uşağı cəm olub oynayırlar. Mənim yolum qəbiristana düşən vaxt haman uşaqları uzaqdan görüb geri qayıdıram. Səbəbi budur ki, pişəzvəqt yəqin edirəm ki, qəbiristana gedib qəbristandakı ölümün üstünə diqqət və hörmətlə surəyi-cümə oxumağa uşaqların səsi və qilü-qalı mane olacaq. Burada oynamaqdan ötəri cəm olanlara uşaq adı qoymaqda mən səhv elədim; çünki doğrudur, bunların içində balaca uşaqlar da tapılar, lakin saqqallı kişilər balaca uşaqlardan dəxi çox olur, bunların cümləsi bir-birinə qarışıb qəbiristanın meydanında qisim-qisim oyunlar oynayırlar.Mənim yolum buraya düşəndə, bu işləri görüb heç başa düşə bilmirəm ki, burada səhərdən axşamadək oyunla günlərini keçirən saqqallı kişilərin yedikləri çörəyi kim qazanır. Bunu da başa düşə bilmirəm bu qədər balaca uşaqlar məgər sahibsizdir, bunları dərsə və sənətə qoymayıb öz başına buraxmışlar?

2 мин
Naxçıvanda bir səyahət

Rəbiüs-sani ayının 17-ci günü Naxçıvana varid oldum. Gecəni “İslam” mehmanxanasında qalıb, rahat oldum.Həmd olsun Tanrıya “İslam” qostini iki ildir ki, bina olub. Bir az müddətdə Yevropa sayağı ilə qonaqlara hörmət və ehtiram göstərirlər. Sübh çayımı içəndən sonra durub səyahətə məşğul oldum. Yayın isti günəşi çıxıb, öz nuru ilə aləmi münəvvər eləmişdi. Və sübhün lətif yeli əsib gah-gah balaca ağacların yarpaqlarını səsləndiridi. Gəzə-gəzə Naxçıvanın məşhur “Skver” bağına tərəf yollandım və orada olan pakizə bir stulun üzərində əyləşib gələn-gedənlərə tamaşa edirdim. Bu əsnada bir nəfər qədim dostlarımdan sual elədim ki, indi Naxçıvana çox qəzet gəlirmi?

2 мин
Yeni ibtidai məktəbdə Azərbaycan dili

Budur, qarşımızda bir protokol vardır. Bu, Qafqaz təhsil dairəsindəki yerli əhali üçün birsinifli məktəblərin tədris planını hazırlayan xüsusi komissiyanın protokoludur (bax: “Tiflisski listok”, № 150).Protokolda göstərildiyinə görə, yeni tədris planı “bilavasitə xalq maarifi işi ilə məşğul olan və məktəbin ehtiyaclarını, habelə həyatın və xalqın tələblərinə uyğun olaraq məktəb işində nə kimi dəyişikliklərin arzu olunduğunu kifayət qədər bilən” adamlar tərəfindən tərtib edilmişdir.

4 мин

Стихи других поэтов · Сатира