Naxçıvanda bir səyahət
Rəbiüs-sani ayının 17-ci günü Naxçıvana varid oldum. Gecəni “İslam” mehmanxanasında qalıb, rahat oldum.
Həmd olsun Tanrıya “İslam” qostini iki ildir ki, bina olub. Bir az müddətdə Yevropa sayağı ilə qonaqlara hörmət və ehtiram göstərirlər. Sübh çayımı içəndən sonra durub səyahətə məşğul oldum. Yayın isti günəşi çıxıb, öz nuru ilə aləmi münəvvər eləmişdi. Və sübhün lətif yeli əsib gah-gah balaca ağacların yarpaqlarını səsləndiridi. Gəzə-gəzə Naxçıvanın məşhur “Skver” bağına tərəf yollandım və orada olan pakizə bir stulun üzərində əyləşib gələn-gedənlərə tamaşa edirdim. Bu əsnada bir nəfər qədim dostlarımdan sual elədim ki, indi Naxçıvana çox qəzet gəlirmi?
Rəfiqim cavab verdi:
“Şərqi-Rus” qəzeti çox gəlir və buranın adamları onu oxumağı çox dost tuturlar.
Soruşdum ki, həftədə neçə dəfə ziyarət olur?
Cavab: Rəbiüs-sani ayının səkkizinə kimi həftədə üç dəfə ziyarət və qiraət olurdu. Amma indi həmd olsun Tanrıya ki, hər gün oxunur.
Bu cavabı ki, dostumdan eşitdim, çox şad və məsrur oldum və dedim:
“Şad dil baş ke, dilşadəm kərdi”.
Nəhayət dərəcədə təbrik edirəm “Şərqi-Rus” qəzetini ki, iki ilin müddətində Xudavəndi – aləmin hövl və qüvvətilə müsəlman qardaşlarımızın arasında gün kimi aşkar oldu. Təbrik edirəm! Maşallah!
Sübhün ruhəfza yeli hərəkətdə idi. Bağın bülbülləri günagün nəğmələr ilə xalqı şad edirdi. Bu əsnada gözümün önündə olan bir xarab olmuş və uçmuş binaya nəzərim düşdü ki, bir neçə il bundan irəli uçub xarab olmuşdu. Və onun divarlarını taxta-para ilə hər tərəfdən mıxça ilə bərkitmişdilər.
Diqqət nəzərilə baxanda guya bir mötəbər məscidə oxşayırdı. Mən yanımda əyləşən adamdan sual elədim ki, o buna ki, uçub xarab olub, o əvvəl nə imiş?
Cavab: – O məşhur olan Zaviyə məscididir ki, Naxçıvanın keçmiş illərində əvvəlinci məscid idi ki, hər il əyyami-məhərrəmdə buraya cəm olub, təziyeyi-Hüseyn əleyhüssəlamı itmam edirdilər.
Amma bir neçə il var ki, uçub xarab olubdu. Naxçıvanın həmiyyətliləri hər il qeyrətlə bir yerə cəm olub, siyahı ediblər ki, pul yığıb bunu tikdirsinlər. Yenə iş düzəlməyib, naqis qalır.
Bu cavabı yoldaşımdan eşidəndə söyüd ağacına təkyə edib, dərin fikirə piçidə oldum. Bu halda yoldaşım məni dümsüklədi və dedi: – Bax!
Baxıb gördüm ki, on adam bir, on beş adam bir başlarında tabaq (xonça), içində bir kəllə, kimisi iki kəllə qənd peydərey aparırlar. Mən təəccüb ilə dostumdan sual elədim ki, bunlar hara gedirlər və bu qəndləri kimə aparırlar?
Yoldaşım: Bu gün bir xani-valaşən öz köhnə evindən təzə tikdirdiyi evə yığışıb. Bu gün mübarəkbadlıqdan ötrü ona qənd aparırlar. Onun dediyinə görə bu qəndləri paylamaq üsulu qədim vaxtdan avmün-nas adamlardan övladlarına qalan vəsiyyətdi.
Gün bir az isinmişdi. Yarpaqların səsi kəsilmişdi. Bülbüllər günün hərarətindən pərakəndə olub getmişdilər. Zatən bunları dinləməyə kimdə hal qalmışdı!!
Məscidin xaraba qalmağı insanı qüssənak edirdi və camaatın bu mərtəbə avamlığı adamı dərədə mübtəla edirdi. Durub yoldaşımın ətəyindən yapışıb, Naxçıvanın qərb tərəfinə rəvanə olduq.
Müştəri
“Şərqi-Rus”, 27 iyun 1904, № 86
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-naxcivanda-bir-seyahet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sənin otkrıtkanı aldım. Boğazın barədə müəyyən bir qərara gəlmək lazımdır, bu işdə başısoyuqluq eləmək olmaz və başqa bir qərar ola bilməz. Sentyabrın on dördündə uşaqlarla bərabər Bakıya yola düş, o vaxta qədər 50 manat yol pulu alacaqsan. Burada mütəxəssislə – həkimlə məsləhətləşərik, dəniz sahilində (yəqin Qara dənizin sahilində) olmağın lazım gəlsə, dərhal oraya gedərik, tamam sağalınca orada qalarsan. Söz verirəm, sənin üçün bunu kənddən kömək almadan düzəldim. Amma eyni zamanda bu barədə Müzəffərə yazıram ki, sən kənddə olmayanda təsərrüfat və dəyirman işlərinə kömək eləsin və pul cəhətdən mümkün qədər sənə əl yetirsin. Çünki, axı, məhz indi əməlli-başlı müalicə etdirmək və başqa xərclər üçün sənə çoxlu pul lazımdır.Mütləq yumşaq vaqonda yer alın. Yevlaxa qədər isə yəqin ki, öz faytonumuzla gələcəksiniz, hərçənd onun rezinləri artıq sürtülüb gedib. Müzəffərə yazıram ki, sən yola düşəndən sonra özün gəlincəyə və Bakıdan təzə rezin gətirincəyə qədər faytonu (işlətməyib) söksün (burada dal çarxı üçün rezinin cütü 40 manatdır). Allah qoysa sən yaza qədər mütləq rezin alıb apararsan, çünki mən istəmirəm sən faytonsuz qalasan.
Həmidə! (8 sentyabr 1924)Başa düşmürəm səndən nə üçün mən bir dənə də məktub almıram. Buraya gələni sənə bir sifarişli məktub yazmışam, iki dəfə poçtla 50 manat pul göndərmişəm, bir dəfə də uşaqlar barədə teleqram vurmuşam ki, gəlməsinlər.Dünən Midhət imtahan verib, o biri sinfə keçdi. O gündə iki dəfə müəllimin yanına, bəzən də habelə Blaqovidovanın yanına gedirdi. Amma çox arıqlayıbdır və indi dincəlir. Mən onun yemək-içməyinə diqqət yetirir, süfrəsinə zövqünə və arzusuna uyğun şeylər düzürəm.
Əziz oğlum Midhət! (Ufa, 1 oktyabr 1924)Buradan Kazana yola düşürük. Ümidvarıq ki, oktyabrın 10-u üçün Bakıda olaq. Bilmirəm anan Bakıya gəlib, ya yox. Əgər gəlməyibsə, mənim bu məktubumu ona göndər. Yəqin sən və Ənvər, sözsüz, məktəbə gedirsiniz. Bilmirəm Teymur imtahan tuta bildi, ya yox. Əliş (Süleymanın oğlu) necə oldu, məktəbə girə bildi, ya yox? Səmədi qəbul elədilərmi? Güzəranınız necə keçir? Hər bir şeyiniz var, ya yox? Yəni paltar, dərs kitabları, yemək xərci və i. a. Jurnalın idarəsindən Polina sizə xərclik verməli idi.Əgər Səmədi qəbul eləməyiblərsə, onda Əliş bəyin oğlanlarından birini Bakıya gətirmək yaxşı olardı.
Midhət! (Orenburq, 9 oktyabr 1924)8 oktyabr (1924)*Bu gün gedirik Ufa şəhərinə, on gündən sonra ola bilər ki, gələk Bakıya. Mamandan yana nigaranam, bilmirəm gəlibdirmi Bakıya və əhvalı necədir? Əgər Səmədi gətirməyiblərsə, lazımdır Əliş bəyin oğlanlarının birini gətirmək Bakıya. Gələrəm, danışarıq.
Стихи других поэтов
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Məhəmməd Əli bəy MəcruhəƏbəvi məqamı zidə şanə,Həmişə vəslinə olmuşam talib.
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,