Arxların məsələsini Ələkbər bəy Xasməmmədova tapşırdım və ona əlli manat pul və arxlara aid bütün sənədləri verdim. Bu gün buradan ona vəkalətnamə göndərirəm. Əgər vilayət məhkəməsində işi aparsa, onda üstəlik ona yüz manat da verəcəyəm, əgər uduzsa, işi Palataya keçirəcək. Orada isə Roxlin bizə kömək edəcək.

Mənə yay pencəyimi və ciletimi, yay köynəyimi və mümkün olsa, həsir şlyapamı göndər. Lavrenti bunlar üçün kiçik bir qutu qayırsın.

Mən “İslamiyyə” mehmanxanasında, 2-ci otaqda oluram. Bakıda aprelin axırına qədər qalacağam.

Əhm[ədbəy] kəhrizinin planı barədə yazacağam.

Mənim qırmızı cildli türk lüğətimi (iki cild) göndər; kravatımın yanındakı taxçadadır.

Cəlil

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ərəb əlifbası

Biz türklər burada əyləşib ərəb əlifbasını tənqid edənlərin qabağına çıxıb, bu tənqidçiləri pisləyirik və başlayırıq ərəb əlifbasının yaxşı tərəflərini üzə çıxarmağa və pis tərəflərini də inkar etməyə.Amma pis olmazdı ki, bu barədə sahibkarların özlərindən də bixəbər olaq və ərəblərin özlərinin əlifbaları barəsində rəylərini bilək.

2 мин
Biblioqrafiya (Ziya Paşa və Derjavin)

Moskva qəzetlərində oxuduq ki, oranın nəşriyyat idarəsi on səkkizinci əsr miladinin məşhur şairlərindən Derjavinin əsərlərinin hamısını çapa verib, kəndli və əmələ içində intişar etmək xəyalındadır.Bu məsələ Rusiya mətbuatı dairəsində xeyli danışıqlar törədib; belə ki, “Pravda” qəzeti nəşriyyat idarəsi ünvanına bir para tənəli sözlər yazıb soruşur:

2 мин
“Molla Nəsrəddin” məcmuəsinin ən yavuq əməkdaşlarından

ElanƏbdürrəhim bəy Haqverdiyevin 35 illik ədəbi fəaliyyətini qeyd etmək üçün Tiflisdə bu yanvarın 28-də, Rustaveli teatrosunda, “Yeni fikir” qəzetəsi binagüzarlığı ilə tərtib yubileyi axşamı veriləcəkdir.

1 мин
Müdafiə həftəsi

Oxucularımıza məlumdur ki, həmişə Şuralar İttifaqı əleyhində olan İngiltərə hökuməti bu axır vaxtda da cidd-cəhdlə bıçaq işlətməkdədir ki, bəlkə bir vəsilə ilə kəndçi-əmələ hökumətimizi aradan götürüb, özünü kommunizm ehtiyatından həmişəlik xilas etsin.Bu qara niyyətini yerinə yetirmək məqsədi ilə Çemberlen hökuməti dünyada daha məmləkət qalmayıb ki, oraya əl uzatmamış olsun və oradan özünə kömək istəməmiş olsun. Bu yolda İngiltərə hökuməti böyük-böyük paralar sərf etməkdədir ki, Şuraların düşmənlərini bir yerə toplayıb onları qüvvətləndirsin və kəndli-əmələlərin üstünə küşkürtsün və beləliklə dünyanı çalxalayıb öz məramına çatsın.

1 мин

Стихи других поэтов