İngilis hökuməti və din söhbətləri
Bircə mən bu sirri başa düşə bilmirəm ki, aya İngilis hökumətinin başında oturanlar və ingilis parlamanının üzvləri həqiqətdəmi dindardırlar, ya yox?
Əgər doğrudan da dindardırlar, onda gərək elə güman edək ki, onların dünya elmindən və tarixindən heç xəbərləri yoxdur; zira dünya elmindən və tarixindən xəbərdar olan bir adam İsa və Musaya qail ola bilməz.
Əgər onlar dindar deyillərsə, onda bu nə mərəkədir ki, onlar qoparmaqdadırlar?
İngilis hökuməti “va şəriəta!” çığırır. İngilis hökuməti İsa və Məryəmin ruhuna xitab edir və deyir: ey dad-bidad! Şuralar İttifaqı kilsələri yıxır, ibadətə mane olur, dinləri aradan qaldırmaq istəyir.
Nədir burada hərifin məqsədi? Onun məqsədi avamın rəğbətini ələ gətirməkdir; bilir ki, avam onun (İngilis hökumətinin) sözünə inanacaqdır. Çünki onun ikiuzlülüyünü duymayacaqdır; ondan ötrü duymayacaqdır ki, avam həmişə sadədil olar, avam həmişə fırıldağa inanan olar.
Vaqeən həyasızlıq nə dərəcədə? Mən oturaram öz məmləkətimdə (İngiltərə); istərəm ibadət edərəm, istərəm şeytənət edərəm, özgə hökumətlərə dəxli yoxdur. Amma lazım bilsəm və hansı bir hökumətə sataşmaq istəsəm, ortalığa bir söz ataram ki, filankəs namaz qılmır, oruc tutmur.
Balam, sənə nə? Sən dindar olursan ol; qoy axirət füyuzatı sənin olsun, qoy cənnət sənin olsun. Mən dini də istəmirəm, cənnəti də istəmirəm.
Balam, nə istəyirsən?
Xülasə, xəyali-xamdır; biz şuraçıları geri çöndərə bilməyəçəksən; ondan ötəri ki, lotu keşişləri və lotu mollaları Şura işçiləri yaxşıca tanıyırlar; elə tanımayıblar ki, onların toruna düşə bilələr.
Yəqin ki, dəxi düşməyəcəklər.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, fevral 1930, №7
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-ingilis-hokumeti-ve-din-sohbetleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axır vaxtlarda Xoyda Amerika üsulu ilə dörd müstəqil parti təşkil tapıb.Birinci parti Qulu xan partisidir. Parlaman üzvləri İqbalüssəltənə atlılarından intixab olub. Rəisül-vüzəra məzkur Qulu xandır ki, prezident deməkdir.
Misyonerlərİranda hələ köhnə istibdaddan çox yadigarlar var, biri də misyonerlikdir.Rusiyada misyonerlik istibdadın atası birinci Pavel padşah tərəfindən təsis olunmuşdu. Hərçənd ikinci Aleksandrın azadixahlığı sayəsində misyonerlər hörmətdən düşdülər, amma axırıncı Nikolay əsrində misyonerlər yenə nüfuz qazanmışdılar; belə ki, Qazan müsəlmanları içində məşhur Radlov, Türküstanda Ostroumov və Qafqaziyada miropyevlər xeyli bir zaman müsəlmanların qanını şişəyə tutmaqda idilər ki, axır inqilabda onlar hamısı əziz ömürlərini İrandakı misyonerlərə bağışlayıb rədd oldular.
İanəTəbrizdə nəşr olunan “Minarə” adında erməni ruznaməsinə Qəzvin erməniləri tərəfindən iki yüz əlli tümən ianə göndərilibdir.Təəccüb eləmək lazım gəlir ki, iranlılar bu növ himmətdən uzaqdırlar, zira ki, İranda indiyə qədər nəşr olunan İran ruznamələrinin əksəri bir böyük mənbədən ya böyük əşxasdan pullar alıb o mənbəni və o əşxasın mürəvvici-əfkarı olublar, yəni onların əfkarına xidmət ediblər.
Təzə dəyirmanEşitdiyimizə görə, bu tezlikdə çörəyin qiyməti xeyli ucuzlanacaq və bu ucuzluğa səbəb jandarmeriyanın maşın dəyirmanı olacaq ki, on yeddi il təmir olunmaqdadır. Bu dəyirman bir neçə gündən sonra işə düşəcək və hər gün yeddi min xərvar buğda üyüdəcək. Hələ də dəyirmandan səvayı elektrik matoru da otuz doqquz ildir təmir olunmaqdadır ki, bu günlərdə işə düşəcək və Təbrizin cəmi məhəlləeyrinə və hətta kasıbların da evlərinə işıq verəcək. Özü çox müftə, su qiymətinə. Hərçənd kasıb-küsüb jandarmaların haqqından kəsib həmin dəyirmana və matora çox pullar sərf elədilər, amma çörək ucuzlananda, bunun əvəzi çıxar inşallah, genə də inşallah və maşallah, genə də maşallah.Qızdırmalı*
Стихи других поэтов · Сатира
Deyirlər daha qorxur Allahından İtalya,Keçir indi türklərin günahından İtalya.
Bir söylə görüm...Bir söylə görüm məktəbi-irfan nəyə lazım?Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım?
İranlılar deyir kiBunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün,Yarın İranımız, əlbəttə ki, bir babət olur;
Arvadlar deyirlərTanrı kəsibdir bizim ərlərin insafını;Sən ki bilirsən, Baba, onların övsafını?!