Nə gözəl gün! Nə səadətli gün! Bu gün ki, may ayının on yeddisi və şavval ayının biridir, ali bir gündür ki, bunun misli və manəndi az-az düçar olur.

Bu gün eydi-fitrdir. Yəni oruc bayramıdır. Yəni mömin və oruc tutan və namaz qılan müsəlmanların müqəddəs bayramı və əziz gündür.

Bəh-bəh-bəh!

Bu tərəfdən də bugünkü may ayının on yeddisidir. İsəvilərin böyük və müqəddəs bayramıdır. Bu gün İsanın merac etdiyi gündür ki, rusca “Voznesenie” deyirlər. Bəh-bəh-bəh! Nə gözəl gün, nə səadətli gün!

Böyük xoşbəxtlik burasındadır ki, bu gün həmi də pəncşənbə günüdür ki, sabahısı cümə və tətil günüdür. Nə gözəl gün, nə ali bir nemət! Gəz, dolan, nə qədər ki, kefindir. Yat, nə qədər kefindir. Namaz qıl, nə qədər ki, kefindir.

Bir belə əzəmətli günü hamıdan qabaq yada salan zəhmət komissarı oldu. Bu şərafətli bayrama bir neçə gün qalmış qəzetələrdə elan elədi ki, cəmi mömin və dindar müsəlmanlar və cəmi mömin və dindar xaçpərəstlər may ayının on yeddisini gərək bayram saxlayalar. Əlbəttə, gərək bayram saxlayalar ki, axirətdə mizan tərəzi qurulanda nə onlar xəcil olub başlarını aşağa salsınlar, nə zəhmət komissarlığını xəcil eləsinlər.

Bundan əlavə, həmin bu mübarək bayramın ki, dalı da mübarək cümədir və Azərbaycan millətinin rəsmi tətil günüdür. Habelə həmin cümə günü də müvafiq qayda və söz yox ki, həmişəki kimi tətildir. Demək həmi əzəmətli cümə axşamı, həmi cümə günü. Bu iki gün biri-birinin dalıca elə bir müqəddəs və ali əzəmətli və şərafətli bayramlardır ki, birisi cürət edib pendir sata, ya su dükanlarından birisi bir vedrə su sata. Ya birisi bir spiçka alış-verişi edə. O vədə müqəssirə səxt tər tənbeh olunacaq.

Azərbaycan Şura Cümhuriyyətinin zəhmət naziri yoldaş İtgin

Mənim yadıma müqəddəs Təbriz şəhəri düşdü. Orada eydi-fitr barəsində əyalətdən bir hökm sadir olmadı. Bu nəyə dəlalət edir? Bu ona dəlalət edir ki, Təbrizdə yazıq müsəlman bəndələrin o dünyaya üzü sulu getməyinin fikrinə düşən bir hökumət yox idi. Minlərcə şükür edirik ki, biz günahkar müsəlmanların istirahət ruhunun fikrinə qalan idarəmiz var. Hələ namərd ingilislər bizi töhmətləndirirlər ki, biz din ilə mübarizə edirik.

Nə qədər böhtan! Nə dərəcədə ədalətsizlik!

Allah cəmi mömin bəndələrin ruhunu hər iki dünyada şad etsin!

17 may 1923, Bakıda

“Molla Nəsrəddin” 19 may 1923, №24

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Pambıq

Hələ payız vaxtı mənim yolum düşdü bir böyük idarəyə, gördüm orada bir adam oturub, ətrafına da bir neçə adamları yığıb məşvərət edirlər. Məlum oldu ki, bunlar pambıq barəsində danışırlar, məşvərət edirlər ki, necə eləmək ki, üzümüzə gələn il kəndlilər pambıq əksinlər. Hələ mən özüm də bilirdim ki, bu adamların məşvərətindən bir şey çıxmayacaq; çünki mən o vədə gördüm ki, bu adamlar pambıq sənətindən xəbərdar deyillər. Çünki onların biri dəmirçi idi, biri dərzi şagirdi idi, biri yarımçıq dərsdən qaçanlardan idi, birisi də bunların tayı.Mən onlara o vədə lap açıqca dedim ki, siz camaata pambıq əkdirə bilməyəcəksiniz və buna mənim iki dəlilim var:

1 мин
Qısaca

Sözü qısaca söyləməyin özü də hünərdir.Həmin bu qısaca sözlərin biri də yoldaş Muxtar Hacızadənin sözüdür ki, “Kommunist” qəzetəsinin 64-cü nömrəsində çap olunan məqaləsində söyləyir:

1 мин
“Eşq mədrəsəsi”

Eşq mədrəsəsi, məhəbbət ibrətxanası, naz və qəmzə darülfünunu, qucaqlaşma evi.İnsafən bu əlli ilin müddətində teatrımız çox-çox tərəqqi tapdı. O qədər qabağa gəldi ki, indi Mirzə Fətəli birdən dirilə və gələ əyləşə tamaşa otağında. Pərdə qalxandan sonra səhnəmizə tamaşa edə. Yəqin ki, tanımayacaq ki, aya bura haradır, teatrdır ya lotuxanadır.

3 мин
Yadigar

Belə eşidirik ki, türk teatrını bir neçə yad adamlar icarəyə götürmək istəyirlər.Çox lağlağılıq da bir şeyə yaramaz: söz müxtəsər lazımdır.

1 мин

Стихи других поэтов · Сатира