Kitab məsələsi
Çox yerdən yazıb, bizdən soruşurlar ki, aya qədim əsrlərə nisbət yenə indi mətbəə və çap işləri baha başa gəlir?
Bu cür sualların hamısına mən indi birdən cavab vermək istəyirəm.
Mətbəə xərclərinin bahalanmağına bais mətbəə işlərinin çoxluğudu. Çünki hər mətbəəyə ki, yolun düşür, görürsən ki, maşinalar gurultu ilə işləməkdədi. Soruşuram; bu çap olunanlar nədir? Cavab alırsan: uşaqlar üçün türkcə qiraət kitabı. Yəni dərsdən çıxandan sonra evdə oxumaq kitabıdır.
Dünən istəyirdim bir kitab çapa verəm. Bu kitabı “Maşnal” dilindən osmanlı şivəsilə ərəb dilinə tərcümə eləmişdim ki, bəlkə ensiklopedistlərə gələcəkdə lazım ola.
Kitabın məzmunu da modni bir məzmunda idi. Xülasə, kitabı birinci mətbəəyə apardım. Dedilər:
Macal yoxdur. Şagirdlər üçün kitab çap eləyirik. İkinci mətbəəyə apardım. Yenə macal yoxdur. Asudə uşaqların oxumağı üçün kitab çap olunur.
Üçüncü, dördüncü. Bunlarda habelə türk uşaqları üçün hekayələr çap olunur.
Buradan qayıdırdım, gördüm kitab mağazaları doludu kitab ilə. Hamısı təzə çapdan çıxıb. Baxdım çoxusu evdə uşaqlar oxumaq üçün türk kitabıdı.
Bəs, əzizim, dünyada belə işlər də olur. Yəqin ki, mənim bu cızma-qaramı çoxları zarafat hesab edəcək. Amma zarafat hesab edən səhv eyləyəcək. Çünki o özü düz adam olsa, o cür bədniyyət olmaz ki, Azərbaycanda türk şagirdləri üçün əbədən oxumaq kitabı kitabxanalarda və kitab mağazalarında tapılmaya.
Hərçənd ki, doğrudur, indiyə kimi belə-belə kitablar bizlərin içində adət düşməyib, amma eyb eləməz. O şey ki, dünən ağıla sığışmayan bir şey hesab olunardı, bu gün lap yaxşıca adət olub. Məsələn:
Dünənləri arvadını hamama, məscidə buraxmayanlar, bu gün gecələr gəlib darülfünunun qapısında durur ki, bacısını yainki arvadını götürüb evə aparsın. Belə də olmalıdır. Çünki küçələrdə olan məşhədilərin deyil, bəzi azadlıqda ifrat edən tələbələrin də əlindən qurtarmaq üçün bu kimi gecə qaravulları lazımdır.
Lağlağı
“Molla Nəsrəddin”, №28, səh. 3, 20 dekabr 1924
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-kitab-meselesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hekayəni başlamazdan əvvəl bunu demək lazımdır ki, bizim qəzetçilikdə bir mühüm məsələ var ki, o məsələyə indiyə kimi, necə ki, lazımdır, diqqət verilməyibdir və qaydaya qoyulmayıbdır.O məsələ də qəza müxbiri məsələsidir. Necə ki, məlumdur, bir də görürsən, uzaq qəzaların birindən bir nəfər cavan qəzet idarəsinə yazır ki, “Mən filankəsəm, filan yerdə yaşayıram, filan qədər savadım var, o filan yoldaşlar da məni tanıyır”. Bu qədərcik məlumatla kifayətlənib qəzet idarəsi həmən cavana müxbirlik vəsiqəsi göndərəcək və bundan sonra təzə müxbirimizdən gələn məktub və məqalələr “daşdan keçəcək”; ağına-bozuna baxılmayıb çapa veriləcək. Axırda məlum olacaq o cavanın yazıçılığa heç bir ləyaqəti yox imiş; özünü bu dona salmaqdan onun məqsədi bir para qonşuları ilə hesablaşmaq imiş. Onu bu yola vadar edən onun qərəzi-şəxsisi imiş. Nəticədə ortalığa elə bir böhtan atılır ki, qəzet idarəsi üçün böyük bir məyusluq və peşmanlıq üz verir.
Oğru inəkAtı atın yanına bağlasalar, ya halını götürər, ya xasiyyətini.*Atalar sözü*
İki ərBu əhvalat ki, aşağıda rəvayət olunur, şayəd köhnəlmiş və çeynənmiş məsələlər qəbilindən nəzərə gələ; zira nikah və talaq söhbətləri gah hekayələrdə, gah məqalələr vasitəsilə bizim türk mətbuatında dəfələrlə yazılıb, oxunub və eşidilibdir. Və lakin o əhvalat ki, mən onun barəsində söhbət açmaq istəyirəm, zənn edirəm az-az ittifaq düşsün və bəhər hal xeyli maraqlı və eşitməlidir; o dərəcəyə kimi ki, indi, Oktyabr inqilabının on illiyinin müqabilində belə bir hadisə xariqüladə və ağla sığışmayan bir “nağıl” hesab oluna gərək. Və lakin həqiqətdir və bu həqiqətin şahidi həqir özüdür.O şəhər ki, bu əhvalat orada vaqe olub, Araz çayına yavıq Azərbaycan şəhərlərinin biridir. Və necə ki, dindar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə qədərincə geri qalan deyillər: demək olar ki, əhalinin küllisi Allah-taala təyin etdiyi ibadət və rəyazətində bərqərar, nəmazi-yomiyyə öz vaxtında; hətta nafilə namazları və sairə sünnəti namazlarını cabəca edən müqəddəs bir camaatdırlar. Habelə ramazan ayının şəraitini təfsilatla yerinə yetirmək, həcc və ziyarəti-şühəda və mahi-məhərrəmül-həramda Kərbəla müsibətini layiqincə yad etməkdə birinciliyi qazanan müsəlmandırlar.
YuxuHacı Mirzəli ağa vəfat etmişdi. Çün bizim ev adamına bir növ qohumluğu çatırdı, mərhumun dəfninə ta qəbr üstə kimi mən getməyə məcbur oldum və hətta axşam vaxtı sər-səlamətinə də getdim; mən özüm də getdim və ev adamımızı da apardım.Kişilər qabaq otağa yığışmışdılar və övrət də həyətə girəndən sonra məndən ayrıldı, getdi içəri otağa (qohumluğu cəhətdən oraya bələd idi).
Стихи других поэтов · Сатира
Ey mollaların sərvətü samanı orucluq,Fəxri, şərəfi, mənbəyi-ehsanı orucluq!
Deyim, deməyim?!Yenə dərdim təzələndi, “Kəlniyət!”Gözlərimə kül ələndi, “Kəlniyət!”
Ucuz xatirələrYaxşı olar, olmasa bu sulu xatirələr,Uydurmayla, yalanla dopdolu xatirələr,
Böhtan yazılıbdırBu söz, a Baba, bizlərə çoxdan yazılıbdır,Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.