Bu kooperativ bayramını mən heç başa düşmədim və heç bilmədim ki, insanlar neyləmək istəyirlər? Axırı, deyəsən, lap zarafat oldu.

Kooperativ – yəni dövlətməndliyi aradan götürmək, yəni sərmayədarçılığın qarşısına birləşmək və ümum zəhmətkeşlərin hərəsinin saqqalından bir tük ayırıb milyonçu yaratmağın qabağını almaq.

Necə yəni kooperativ?

Hər bir işi ümumca görmək, hər məsələyə dair ümumca təşkilat yapmaq, hər binagüzarlıqda müştərək olmaq və beləliklə, cəmi binagüzarlıqların mənafeyinə şərik olmaq; xah ticarətdə, xah ziraətdə, xah sənayedə.

Bəs, onda necə olsun: əgər belə mülahizə etsək ki, bir bu üsulu ticarətdə işlədəcəyik, onda bəs rəşid və gözüaçıq harın tacirlərimiz nə yol ilə tənxah qazansınlar?

Bəs, elədə İranda Hacı Məhəmmədağa Həririlər və Azərbaycanda Musa Nağıyevlər və Mantaşovlar nə yol ilə milyon sahibi olsunlar?

Əsil mətləb buradadır ki, dünyanın dövlət və sərvətini qoçaq tacirlər həmişə kasıb-kusub zəhmətkeşlərin avamlığı, acizliyindən istifadə edib qazanırlar.

Əgər sən məni hər bir binagüzarlıqda, ticarət və sənayedə zəhmətkeşlərə yoldaş eliyəcəksən, – daha onda mən o milyonu qazanmağa haradan yol tapacağam?

Yox, yox, bu kooperativ bayramını mən başa düşə bilmədim.

Və bu söhbətlər mənim qulağıma girmir. Mənim arzum təkcə milyon qazanmaqdı və kasıb zəhmətkeşlərə yoldaş olmaq mənim işim deyil. Səbəb bu ki, onlar zəhmət üsulu ilə çalışmaq istəyirlər. Mənsə, asanca milyon sahibi olmaq istəyirəm.

Mənə milyon lazımdır; onların canı cəhənnəmə!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 11 iyul 1929, №28

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əzizim Həmidə! (1 fevral 1912)

Mən işlər barədə səninlə müfəssəl danışmaq istərdim, lakin indi bu kağızın verdiyi imkan dairəsində bir neçə söz deyəcəyəm.Birincisi, Dövlət bankı sənin üçün üç min manat kredit açıb. Hüseynbəyov (hesab komitəsinin üzvü) məsləhət görür ki, sən, heç olmazsa, qonşu mülkədarlardan veksellər alasan. O, söz verir ki, sənin heç olmazsa İbiş bəy, yaxud İbiş bəy kimi başqa bir bəy, ya da Hindarx tacirləri tərəfindən imzalanmış veksellərini buraxdırsın. Əlbəttə, sən onlara iltizamnamə verə bilərsən ki, bu veksellərin pulunu sən özün ödəyəcəksən (ona görə ki, onlar miras haqqında narahat olmasınlar). Mən sənə reyestrli dörd veksel göndərirəm. Veksellərdə (arxa tərəfdə) sən öz adını, familiyanı, yəni “Həmidə xanım Cavanşir-Məmmədquluzadə” yazacaqsan. Mətnin altında isə İbiş bəy, yaxud bir başqası (yuxarıda dediyim kimi) öz ad və familiyasını yazacaqdır. Reyestrdə də sən öz adını və ikimərtəbəli familiyanı yazıb, vekselləri və reyestrin birini mənə göndərəcəksən. Mən K. bankının reyestrini də sənə göndərmişdim. Onu da qırmızı xaç işarəsi qoyulan yerdə imzalayıb göndər, reyestrin qalan bəndlərini mən özüm dolduraram. Çalış 500 manatlıq bir veksel göndərəsən, çünki, fevralın 15-də Bıxovun 300 manatlıq, fevralın 20-də isə 200 manatlıq vekselinin vaxtıdır.

2 мин
Həmidə! (14 fevral 1912)

Dəyirmançı bu gün yola düşür. Dəyirman üçün bütün işləri görmüşük, lazım olan şeyləri sifariş veririk. Sənə 15 portağal və bir neçə qəzet göndərirəm. Vekselləri və Ələkbərin məktubunu aldım. Gör Kazımbəyov, Ələkbər haqqında necə səmimi məktub göndərib.Bu gün Qayıbova kağız göndərmişəm öyrənsin ki, Ağdamda kirayə verilən ev varmı? Cavabını İrəvana bildirəcəyəm.

1 мин
Əzizim Məmmədəli! (7 mart 1912)

Çoxdandır ki, istəyirəm sənə kağız yazam, bu gün-sabaha salıram.Mirzağa Əliyev məni ikinci dəfə aldatdı və ona göndərilən jurnaldan bir qəpik də göndərmə [di] və on dəfə də Əsədullah Axundova yalan söylədi ki, Sidqinin yanında [... ] manat poçtnan göndərmişəm. Mən buralarda poçtdan xəbər alıram, amma deməginən orada Mirzağa fəxr eləyir ki, xalqa hiylə eləməyi hamıdan yaxşı bilir. Düşəndə yoldaşlarına giley elə. Göyərçini də görəndə de ki, mən Mirzağaya bir manatlıq jurnal etibar eləyib göndərməzdim, məhz onun xatirəsi üçün göndərdim. Əgər o da ərinin bicliklərinə şərik olur, dəxi sözüm yoxdur.

1 мин
Həmidə! (27 noyabr 1913)

Arx barədə iş dekabrın 11-nə təyin olunub. Malikanənin planını və o sahə ilə ki, İbiş arx çəkib, həmin sahəyə aid sənədləri təcili göndər. İş ondadır ki, onlar məhkəmədə tələb edəcəklər biz sübut eləyək ki, bu sahə bizimdir.Uşaqlar səlamətdirlər. İşlər köhnə qaydadadır. Amma indi bu alçaq pristavla əlləşmək lazımdır: o inciyib ki, nə üçün şahidlər – Ələkbər, Camal və Qasım istintaqda ifadə veriblər ki, pristav Aslanı döyüb. İstintaqı qəza rəisinin köməkçisi aparırdı. Buna görə pristav bizdən narazı olan adamları başına yığıb, onları öyrədir ki, bizim əlimizdən şikayət eləsinlər. Onlara dil verir ki, dalınızda dayanmışam...

2 мин

Стихи других поэтов · Сатира